Dünyanın ən məşhur 10 HAKERİ: Onlardan necə qorunmalı?

Dünyanın ən məşhur 10 HAKERİ: Onlardan necə qorunmalı?İnternetin durmadan inkişaf etdiyi bir zamandayıq. Çalışırıq ki, yeni mediada bizə aid olan şəxsi məlumatları, informasiyaları qoruyaq. Etiraf etməliyik ki, məlumatlarımızın başqalarının əlinə keçmə ehtimalından hamımız narahatıq. Ona görə də bizə aid materialları şifrələr vasitəsiylə qorumağa çalışırıq. Amma o da qaçılmazdır ki, hakerlərin hücumuna məruz qalan kompüter və məlumatları bəzən qorumaq şox çətin olur. Bəzi peşəkar hakerlər hətta ən ciddi şəkildə mühafizə olunan sistemi belə, qıraraq informasiyaları ələ keçirə bilirlər.

Mütəşəkkil haker qruplarının əsas məqsədi dövlət qurumlarına, ictimai-siyasi şəxslərə aid gizli elektron sənədləri ələ keçirməkdir. Bəzi qruplar isə dövlətdən dəstək almaqla ölkənin maraqlarını qoruyur.

Dünyada yüzlərlə haker qrupu fəaliyyət göstərsə də, yalnız bəzilərinin kiber-aləmdə xüsusi çəkisi və nüfuzu var.

BiG.AZ Lent.az-a istinadən həmin kiber qruplarından bəzilərinin siyahısını təqdim edir:

Dünyanın ən məşhur 10 HAKERİ: Onlardan necə qorunmalı?"The Chaos Computer Klub" (Xaos Kompüter Klubu) – Dünyanın ilk haker qrupu 1981-ci ildə Almaniyanın Berlin şəhərində yaradılıb. Məlumata görə, qrup üzvləri hər il Almaniyada konfranslar keçirərək, insanları kiber hücumlar barədə məlumatlandırır. Bəzi mənbələrə görə, qruplaşma hökumət tərəfindən maliyyələşdirilir.

"Anonymous" (Naməlum) – Hazırda dünyada ən məşhur haker qrupudur. 2006-cı ildə yaradılıb. Sözügedən haker qrupunun haradan və kimlər tərəfindən idarə edildiyi məlum olmasa da, 50 nəfər üzvünün olduğu deyilir.

"RedHack" (Qırmızı işğal) – 1997-ci ildə Manyak ləqəbli haker tərəfindən yaradılan qrupun 12 daimi üzvü var. "RedHack" dövlət qurumlarının saytlarına etdiyi hücumları ilə tanınır. Qrup 2013-cü ilin mart ayında "Anonymus" ilə birgə İsrail xüsusi xidmət orqanı olan Mossadın saytını dağıtmağa cəhd göstərmişdi. "RedHack" hətta Türkiyədə terror təşkilatı kimi qəbul edilir.

"Ghostnet" (Ruh) – Çin hökuməti tərəfindən 2009-cu ildə yaradılıb. Xarici dövlətlərin konsulluq və xarici işlər nazirliklərinə müntəzəm kiber hücumlar təşkil edir. Casusluq və kəşfiyyat fəaliyyəti aparması da iddialar arasında yer alır.

"Honker Union" (Honker Birliyi) – Əsası 1999-cu ildə Çində qoyulub. Başda ABŞ və Yaponiya olmaqla, bir çox dövlətlərin hərbi sisteminə kiber hücumlar təşkil etməkdə günahlandırılır. 2005-ci ildə Pentaqona aid gizli elektron sənədləri oğurlamaqda ittiham edilsə də, "Honker Union" bunu rədd etmişdi.

"Cult of The Dead Cow" (Ölü İnəklər Təbəqəsi) – 1984-cü ildə ABŞ-ın Texas ştatında Sid Vikus, Franker Qib və Qrandmaster Ratl adlı şəxslər tərəfindən yaradılıb. 90-cı illərdə dünyada MP3 formatının yayılmasında xüsusi rolu olub. Məlumata görə, ABŞ hökuməti ilə əlaqələri normaldır.

Turan Ordusu – Türkiyənin "Türk Hak Tim" adlı kiber qrupunun başçılığı ilə yaradılıb. Turan Ordusunun əsas məqsədi kiber-terrorla mübarizədir. Sözügedən kiber qruplaşmada müxtəlif türk dövlətlərindən olan hakerlər fəaliyyət göstərir. Bir neçə gün əvvəl Turan Ordusu məşhur haker Skorskinin rəhbərliyi ilə Rusiyanın PKK-ya dəstək verən bir neçə saytını ələ keçirmişdi.

Qruplardan başqa dünyaca məşhur hakerlər də var ki, sizə 10 ən məşhurlarının adını təqdim edirik:

Dünyanın ən məşhur 10 HAKERİ: Onlardan necə qorunmalı?1.Adrian Lamo - "Evsiz haker" adı ilə tanınmış Lamonun ən çox səs-küylü əməliyyatı "New York Times" və Microsoft-un sistemlərinə girmiş olması idi. Bu əməliyyata görə, o, 65000 dollar cərimələnib, barəsində altı ay ev dustaqlığı və 2 il kompüterə toxunmama hökmü verilib.

2. Kevin Mitniç - Ədliyyə Nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan haker olaraq tanınır. Onun haqqında iki film çəkilib: "Freedom Downtime" və "Takedown". Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə daxil ola bilmək və Digital Equipment Corporation-un kompüter şəbəkəsinə girib proqram oğurlamaq. Bu haker 5 il həbs, 8 ay kompüterə toxunmama cəzası alıb.

3. Kevin Poulsenin - Kod adı Dark Dantedir. Ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xəttlərinə girərək, verilişlərin birində özünə "Porsche" avtomobili və başqa bir sıra mükafat qazandırması olub. Hakerlik fəaliyyətinə görə ona 5 il həbs cəzası kəsilib. Hazırda azadlıqdadır və jurnalist olaraq çalışır.

4. Robert Tappan Morris - Dünyanın ilk soxulcan proqramı olan "Morris soxulcanı"nın istehsalçısıdır.Bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etsə də, proqram çox böyük sayda kompüterə yayılıb, şəbəkələri çalışmaz hala gətirib. Morris buna görə 3 il həbs cəzası alıb.

5. Stephen Vozniak - Apple-nın "Voz" ləqəbli idarəçisidir. Gənclik illərində telefon sistemlerini haçk edib. Nəticədə uzun məsafələrə havayı telefon danışıqlarından istifadə edib.

6. Tim Berners-Lee - Word Wide Web, yəni www anlayışı. Berners-Leenin icadıdır. Tim hələ universitet illərində haker günahlandırması ilə cəza almış və ona kompüterlərdən istifadəni qadağan edən 3 illik cəza kəsilmişdi. Universitet illərində öz kompüterini özü yaradıb. Lee hypertext (http) sisteminin istehsalçısıdır.

7. Linus Torvald
- Windows-un ən böyük rəqibi Linux-u icad edib. 1991-ci ildə Linux sistemini ortaya çıxartması ilə dünya tərəfindən tanınan bir şəxs oldu. Kompüter həyatına Commodore VIC-20 ilə başladı. Etdiyi ən böyük hack isə məşhur ev kompüteri Sinclair-in əməliyyat sistemini dəyişdirib asanlaşdırmasıdır.

8. Riçard Stelman - GNU layihəsinin atası olan Stallman məktəb illərində "heyətli ağ hacker" olaraq Emacs layihəsində çalışıb. Hər qurulan şifrəli qoruma sistemini qırıb şagirdlər üçün açıq hala gətirməsi ilə tanınıb.

9. Tsutomu Şimomura - Bir haker olaraq FBR-lə əməkdaşlıq edərək özünü zamanında hack etmiş Mitnickdən intiqam alıb.

10. Conathan Cames – Hakerlikdə günahlandırılıb, mühakimə olunaraq 16 yaşında həbs edilib. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə arxa qapı proqramı yerləşdirib; NASA kompüterlərindən 1.7 milyon dollarlıq proqram oğurlayıb.
Ona 10 il həbs cəzasə kəsilib, sonra bu cəza 6 aya endirilib və kompüterlərə toxunması qadağan edilib.

Sonda isə qeyd edək ki, haker hücumuna məruz qalmamaq üçün ehtiyatı əldən verməmək lazımdır. Təhlükəsizliyin ən önəmli amillərindən biri şifrələr olduğunu bilirsiniz. Adi istifadəçilərdən tutmuş, mütəxəssislərə qədər hər kəs çətin şifrələrdən istifadə etməlidir. İlk növbədə, proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır. Hər hansı bir problem hiss etdiyiniz halda mütəxəssislərə müraciət etməyinizi tövsiyyə edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2275   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505