75 yaşlı kişi əylənmək üçün evə çağırdığı qadınlar tərəfindən soyuldu

75 yaşlı kişi əylənmək üçün evə çağırdığı qadınlar tərəfindən soyuldu75 yaşlı kişi evə çağırdığı qadınlar tərəfindən soyulub.

"HaberGlobal"ın məlumatına görə, hadisə Türkiyənin Aydın vilayətində baş verib.

Məlumata görə, S.O. əylənmək üçün evinə üç qadın çağırıb. Bir müddətdən sonra N.Ö. adlı qadınla otağa keçib. Həmin vaxt H.Ö. və S.Ö. yaşlı kişinin pullarını oğurlayıblar.

Səhər qadınlar evdən çıxıblar. Onlar getdikdən sonra kişi qarət olunduğunu anlayıb və bu barədə polisə xəbər verib.

Hüquq mühafizəçiləri müşahidə kameralarını araşdıraraq, qadınları tapıblar. Lakin onlar ilkin dindirilmədən sonra sərbəst buraxılıblar.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2880   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş