Əməkdar artistin ailəsində ağır itki

Əməkdar artistin ailəsində ağır itki

"Baxıram ki, indi analar, atalar uşaqlarını atırlar. Artıq 1 həftədir ki, bizim ailə böyük bir şok yaşayır. Qızımın övladı talessemiya xəstəsi olaraq doğulacaqdı. Məcbur olaraq hamiləliyi dayandırdıq".

BiG.AZ xəbər verir ki, bu sözləri Respublikanın Əməkdar artisti Kəmalə Müzəffər "Bizimləsən" proqramında qonaq olarkən deyib:

"Qızımla kürəkənim 8 il bir-birlərini seviblər. Bu gün yaşadıqları kədərin arxasında 8 illik sevgi dayanır. Onlara, sevgilərinə baxıb qürur duyuram. Övlad itkisinin nə demək olduğunu çox gözəl bilirəm. Çünki mənim 3-cü övladım qucağımda vəfat edib. Övladım hidrosefal (baş böyüməsi) xəstəliyindən əziyyət çəkirdi. Həmin övladım 4 ay yaşadı və qucağımda keçindi. Onu basdıranda şükür edirdim. Bir ana şükür edirdi çünki o, yaşasaydı, sağalmayacaqdı. Şükür edirdim ki, əziyyətə qalmadı (ağlayır)".

Rövşən Tahir

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 7817 Tarix: 02.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər