Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb - FOTOLAR

Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirib.

AQTA-dan BiG.AZ-a verilən məluamta görə, yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb.

Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb - FOTOLAR
Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb - FOTOLAR


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1338 Tarix: 01.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər