"Hazırda müğənnilərin maddi durumu heç də ürəkaçan deyil" - Manaf Ağayev toylardan DANIŞDI

"Hazırda müğənnilərin maddi durumu heç də ürəkaçan deyil" - Manaf Ağayev toylardan DANIŞDI

Müğənni Manaf Ağayev şadlıq saraylarının fəaliyyətinin bərpa edilməsiylə bağlı qərarın verilməməsindən danışıb.

Ağayev "Ölkə.Az"-a açıqlamasında bildirib ki, iri ticarət mərkəzləri ilə yanaşı, şadlıq sarayları da öz fəaliyyətlərini bərpa edə bilərdilər.

“Sözsüz ki, bu, dövlətin bildiyi bir işdir, bizə söz düşməz. Mən yalnız subyektiv fikrimi bildirə bilərəm. Mənim fikrimcə, əgər iri ticarət mərkəzləri, “mall”lar açılırsa, şadlıq sarayları da öz fəaliyyətlərini davam etdirə bilərdilər. Çünki bu obyektlərə gün ərzində daha çox insan gedir. Mənim fikrimcə, burada daha çox insan bir-birlərini yoluxdura bilər”.

Daha sonra ifaçı toyların keçirilməməsinin müğənnilərin maddi imkanına mənfi təsir göstərdiyini də deyib.

“Düşünsək ki, müğənninin qazanc yeri el şənliklərindən çıxır, hazırda onların maddi durumu heç də ürəkaçan deyil. Çünki bizim yeganə qazanc yerimiz toylardır. Üç aya yaxın bir müddətdə yaxın ciddi karantin rejimi oldu, hazırda da toylara icazə verilmir. Bundan sonra da Məhərrəm ayı olduğu üçün, bu, 6 aya qədər uzanacaq. Təsəvvür edin, bir ifaçı üçün 6 ay toya getməmək nə deməkdir? Burada söhbət təkcə müğənnidən getmir. Toylarda ifaçını böyük bir ansambl müşayiət edir. O insanların hər biri, bir evin “çörək ağacı”dır, ailə dolandırır”,- deyə o, bildirib.

Qeyd edək ki, ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunmasına baxmayaraq, toy məclislərinin təşkili ilə bağlı qadağa 15 iyuna qədər qüvvədə qalıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2189 Tarix: 01.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər