Uşaqlardan alınacaq 10 həyat dərsi

Uşaqlardan alınacaq 10 həyat dərsiMübahisəsiz, uşaqlıq həyatımızın ən yaxşı zamanlarıdır. Kiçik bir şəhərdə böyüdüyüm üçün özümü çox şanslı hesab edirəm. Hətta, 30 yaşım olmasına baxmayaraq, hələ də uşaqlıq dostlarım və bağça yoldaşlarımla yaxşı münasibətim var. Bax, bu kifayət qədər möhtəşəm hissdir!

Həmçinin, yaxın münasibətimiz olduğundan onlarla tez-tez uşaqlığımıza baxıb gülür və necə böyüdüyümüzə, hal-hazırda harada olduğumuza təəccüblənirik. Hətta, bəziləri Kanadanın digər tərəfində yaşasa da, onlarla görüşəndə özümüzü sanki dünən bir yerdə olmuşuq kimi hiss edirik. Bu əsl qeyd-şərtsiz sevginin tərənnümüdür.

Qardaşım oğlu 2 yaşlı Hunter dünyaya gələndən sonra evə daha tez-tez getməyə çalışıram. O, bizim həyatımıza gələndən bəri uşaqların həyatın ən sadə, lakin ən çox diqqətdən qaçırdığımız illüstrasiyalar olduğunun fərqinə vardım. Onların hərəkətlərinin sadəliyi bizim öz həyatımız barədə çox şeyi bəyan edir. Məlumdur ki, onlar bunu təmamilə şüursuz olaraq edirlər, lakin hər bir hərəkət başdan-başa maraq oyandırır.

Bəs həyatın onlara verdiyi bu məsumluq və zövq biz yetkin insanlara hansısa baxış bucağı qazandırırmı?

İnanıram ki, hə! Əgər gözlərimizi açsaq, uşaqlardan öyrənəcəyimiz çox şeyin olduğunu anlayarıq. Aşağıdakı siyahıda öyrənə biləcəyimiz 10 ən yaxşı şeyi qeyd etmişəm:

1. Qorxusuzluq

Uşaqlar həmişə cəsarətli olmaq, yeni şeylər kəşf edib, təcrübədən keçirmək istəyirlər. Onlar bunun sonunu düşünmür və buna görə özlərini dayandırmırlar. Onlar sadəcə istəklərinin ardınca gedir və əgər özlərinə zərər versələr belə, bu səhvlərdən öyrənirlər. Qorxusuz olmaq onlara inkişaf etmək fürsəti verir. Yetkin bir insan kimi, biz bəzən qorxu ucbatından bəzi şeyləri etməkdən çəkinirik. Biz özümüzə şans verməyə cəsarət etmir və nələr olacağını görməkdən özümüzü məhrum edirik. Lakin ətrafımızdakı insanlara baxsaq, ən uğurlu olanlar məhz sərhədləri aşaraq, risk edənlərdir.

2. Özündən və həyatdan zövq almaq

Uşaqlar özləri olmaqdan zövq alır və ətrafındakı insanlara da xoşbəxtlik ötürürlər. Onlar həyatdan – yaşadıqları andan necə zövq almağı bilirlər. Onlar daim gülür, istədikləri kimi davranır və ətrafdakıların nə düşünəcəyi və nə deyəcəyi barədə narahat olmurlar. Onlar sadəcə olduqları kimidir – heç nəyi süzgəcdən keçirməyən. Gündəlik məişət təlaşı bəzən özümüz olmağı unutdurur. Hətta, ən bərbad kimi görünən vaxtlardan – uşağımızın bütün mətbəxi çirkləndirdiyi vaxtlardan əvvəllər təxmin etmədiyimiz şeylər öyrənə bilərik. Ən mükəmməl planlama etsək belə, həyatın bizə etdiyi "sürprizlər" qaçılmazdır. Bu "sürprizləri" qarşılamaq üçün yaxşı yumor hissi və proaktiv heyranlıq duyğumuz olmalıdır.

3. Azad ruhlu olmaq

Uşaqlar çılğındır – onlar üçün heç bir sərhəd yoxdur. Onlar dürüstdür və fikirləşdiklərini anındaca deyirlər. Bəs niyə biz özünü ifadə etmə fürsətindən özümüzü məhrum edirik? Özümüz olmaq digərlərinin bizi qəbul etdiyi kimi olmağa cəhd etməkdən daha yaxşıdır. Hərdən özümə sual verirəm ki, görəsən daha az eqo və daha çox dürüstlük nümayiş etdirsəydik, həyatımız necə olardı? Beynimizlə ünsiyyət qura bilmə bacarığımızın olduğuna inanıram – qarşımızdakı insanla nəzakətlə danışdığımız müddətdə, eqomuzun bizə mane olmasına icazə vermirik və özümüzü şəxsiyyət kimi yetişdirməyə başlayırıq. Beləcə… Sadəcə özünüz olun və nələr baş verəcəyinə tamaşa edin.

4. Ruh yüksəkliyi

Uşaqlarda olan ruh yüksəkliyini sevirəm! Olar daim nəyisə əldə edərkən, həddən artıq həyəcanlı olurlar. Əgər biz ümidliyiksə, avtomatik olaraq optimist oluruq. Uşaqlar daim ruh yüksəkliyinə sahib olmaqla bərabər, fiziki olaraq da daim aktivdirlər – bizim vərdiş etdiyimiz oturaq həyat tərzindən fərqli olaraq. Onlar daim nələrisə əldə etmək istəyirlər. Biz də onlar kimi olsaq, daha uzun müddət sağlam qalma yolunda addım atmış olarıq.

5. Yeni şeylər öyrənmək

Uşaqlar hər gün yeni şeylər öyrənirlər – ya məktəbdə, yaxud evdə. Onlar daim hər şeyə maraq göstərir və suallar verirlər. Beləliklə, sual verin. Oxuyun. İnsanlarla söhbət edin. Hətta, ola bilər yeni məşğuliyyət, yaxud bacarıq kəşf edin. Həyatda öyrənmək üçün kiçik yollar kəşf edin – ətrafımız fürsətlərlə doludur. Şam yeməyi zamanı gün ərzində öyrəndiklərimizi bölüşün. Kiçik bir giriş edin və budur, möhtəşəm şam yeməyi söhbətləri artıq başlayıb – sınaqdan keçirin.

6. Ehtiyac duyursansa, ağla.

Uşaqlar ağrı hiss etdikdə, yaxud kədərli olanda ağlayırlar. Yetkin insanlar olaraq, gündəlik həyatımızda haradasa bu ideyanın yaxşı olmadığını özümüzə təlqin edirik. Əksinə, ağlayaraq duyğularımızı normal və sağlam şəkildə sərbəst buraxa bilərik, o zaman niyə onları nəzarətdə tutmağa çalışaq ki? Göz yaşlarımızı, emosiyalarımızı hətta özümüzdən belə gizləmək əvəzinə, ailəmiz və dostlarımız önündə daha səmimi və həssas olduğumuzu nümayiş etdirək. Çox güman ki, bu davranış onlara da yardımçı olacaq.

7. Qarşılıq gözləmədən paylaşın

Uşaqlar təmiz qəlblə doğulur və bu, onlara anadangəlmə verilir. Onlar sizə bir şey verdikdə – bunu heç bir qarşılıq gözləmədən edirlər. Biz böyüklər də, qarşılıqsız yardım etməyi vərdiş halına gətirməli, yaxud əgər qarşılığında bir şey almalıyıqsa – icazə verin bu sadəcə təbəssüm və onlardan hiss etdiyiniz sevgi olsun.

8. Qeydsiz-şərtsiz sevgi

Qarşılıqsız bir şeyləri paylaşmağa əlavə olaraq, uşaqlar öz sevgilərini də eyni üsulla nümayiş etdirirlər – heç bir qarşılıq olmadan. Bu, hər birimizin axtardığı və qarşıdakı insanlara verməli olduğumuz verməmiz sevgi növüdür.

9. Həqiqi xoşbəxtlik

Yoga həyatıma daxil olduqdan sonra öyrəndiyim bir şey oldu: xoşbəxtlik daxilimizdən gəlir. Bu mövzuda uşaqlardan yaxşı göstəriləcək nümunə yoxdur. Nə olmağından asılı olmayaraq, demək olar ki, onlar həmişə xoşbəxtdirlər. Onlar daim təbəssüm edir yaxud gülürlər və bunun təsiri ilə, nəticədə bizi də gülməyə vadar edirlər. Beləliklə, biz təbəssüm ediriksə, digərləri də buna qarşılıq verir, biz gülürüksə, bu qarşımızdakının da gülüşünə səbəb olur. Xoşbəxt olmaq özünüzə verəcəyiniz ən yaxşı hədiyyədir – elə başqalarına da!

10. Hazırkı anı yaşamaq

Uşaqlar hazırkı anda "etmələri gərəkən" şeyləri düşünərək, sərbəst hərəkət edirlər. Onlar rahatca özlərini məşğul olduqları şeyə həsr edir və bütün diqqətlərini ona yönəldirlər.

Əgər kifayət qədər yalnız və səssizlikdə zaman keçirsəniz, beyninizin nə qədər müxtəlif və qarışıq düşüncələrlə dolduğunu görəcəksiniz – narahatlıq, etməli olduğunuz işlər siyahısı, gözləntilər, özünü-ittiham, şübhələr və s. Bu düşüncələrin çoxu bizi olduğumuz andan və etdiyimiz işdən həzz almağı əngəlləyir.

Uşaqların beynində böyüklərdə olduğu kimi belə qarma-qarışıqlıq olmur. Beyinlərində daxili düşüncələrinin savaşı olmur. Elə buna görə də, uşaqlar məşğul olduqları şeyə tamamilə fokuslanır və ondan həzz alırlar. Beləliklə, həmin an olduqları yerdə nə etdikərini dərk edirlər. Biz böyüklərin yenidən hiss etməyə ehtiyacımız olan fərqində olma da məhz budur.

"Keçmişdə yaşamayın, gələcəyi xəyal etməyin, beyninizi "bu an"a fokuslayın".

Buddha

Ümid edirik ki, siz də uşaqlardan belə pozitiv, ilham verən, faydalı düşüncələr və həyat dərsləri götürə bildiniz. Fikirlərinizi rəy bölməsində bizimlə paylaşa bilərsiniz.

coaching.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1219   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobillərdəki bu düymə nə işə yarayır?

Avtomobillərdə hər zaman gördüyümüz, lakin çoxumuzun nə etdiyini bilmədiyimiz "daxili dövriyyə" düyməsi maraq doğurur. Daxili dövriyyə düyməsi avtomobilin kondisioner sistemlərində olan bir xüsusiyyətdir. Bu düymə avtomobilin daxili hava dövranını idarə etmək üçün istifadə olunur. Buna bəzən"resirkulyasiya"

24.03.2024 476
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 448
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 311
.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 314
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 320
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2492
.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 345
.

Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki. İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur. Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçü

24.03.2024 2983
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 389