Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb - Deputat

Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb - DeputatMaska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq.

BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib. R.Nurullayev bununla yanaşı, narahatedici məqamları da səsləndirib: "Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki, onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə "var" deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan repartyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistikanı açıqlayanda rayonları, ünvanları, cinsini, yaş üzrə məlumatları deyin. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır. Mənə də aydın deyil ki, niyə bu virusa bağlı məsələ bütün dünya üzrə NKVD yanaşması ilə edilir. Xəstələr niyə gizlədilir? Bu səbəbdən də vətəndaşlar rəsmi məlumatlara yox, daha çox şayiələrə inanır. Adamlar deyirlər ki, qocamız rəhmətə gedib, yaxınlaşıb dedilər ki, sizə 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb. Buna inanmağım gəlmir, amma şübhə toxumu səpilir axı. Adamlar xəstəxanalara getməyə qorxur ki, soyuqdəymə olsa, deyəcəklər koronavirusdur. Gedənləri də çox incidirlər. Məgər bu virusdan başqa xəstəlik yoxdur? İnsan başqa xəstəlikdən qızdırmalı ola bilməz? Bu tendensiyanı çox təhlükəli hesab edirəm. Bu necə yarandı, kim yaratdı, niyə yaratdı və niyə yaradır bilmirəm. İnsanlar qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu nə deməkdir? Bu xəstələri açıqlayın, göstərin, yaşayış yerini çəkin, xəstənin çəkdiyi əziyyətləri göstərin ki, insanlar inansın. 28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir. Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq? Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq. Bu qədər!"

Spiker Sahibə Qafarova isə deputatın dedikləri ilə razılaşmayıb: "Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir. Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8728   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 1570
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 380
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116