Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - YENİLƏNİB + FOTO

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - YENİLƏNİB + FOTO
“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb.

Bununla bağlı BiG.AZ-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - YENİLƏNİB + FOTO

14:00

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır.

Bu barədə Trend-ə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov özü məlumat verib.

Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

“Hazırda xəstəxanadayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.

13:29

Bərdədə bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.

Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1312 Tarix: 30.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər