Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA"Atası tərəfindən şiddət görən 11 yaşlı uşağın hüquqları qanunvericiliyin normalarına uyğun qorunacaq".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Suraxanı rayonunda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı dərhal ərazi üzrə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlanılıb:

"Komissiyadan əldə etdiyimiz məlumata görə, sözügedən ailə problemli kimi qeydiyyatdadır. Uşaqlar isə internat evində təhsil alır və orada yaşayır .Sadəcə olaraq karantin dövrü ilə əlaqədar uşaqlar evə buraxılıb. Ata narkotik istifadəçisidir və bu, ilk zorakılıq faktı deyil. Həmin şəxs artıq dəfələrlə uşaqlara zorakılıq tətbiq edib, bu, onun tərbiyə üsuludur. Bununla əlaqədar ailənin böyük övladı hazırda onlarla deyil, rayonda yaxın qohumlarının yanında yaşayır.

Digər iki uşaq isə valideynlərinin yanındadır. Zorakılığa məruz qalan uşaqla bağlı Təcili Tibbi Yardım tərəfindən lazımi tibbi yardımlar görülüb. Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti ana və uşaqları təhlükəsiz yerə yerləşdirib. Uşaqların anası isə boşanma ilə bağlı məhkəməyə müraciət edib. Proses artıq məhkəminin icraatındadır".

Komitədən verilən məlumatda o da qeyd olunub ki, ata ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən lazımi tədbirlər görülüb:

"İcra Hakimiyyətinin psixoloqu, eləcə də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının katibinin müşayiəti ilə ana və uşaqlar Suraxanı Rayon Polis İdarəsində ifadə veriblər. Məsələ ətraflı şəkildə araşdırılır. Bəzən valideynlər zorakılığı, şiddəti tərbiyə üsulu kimi görür. Lakin bu, yolverilməzdir. Ölkəmizdə yetkinlik yaşına çatmayan uşaqların hüquqları qanunvericiliyin normalarına uyğun müdafiə olunur.

Bu kimi hallar müşahidə edilən zaman dərhal İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaya, polisə müraciət etməlidirlər. Valideynlər uşaqların müəyyən yaşa qədər təlim-tərbiyyəsinə məsuliyyət daşıyırlar. Lakin unutmasınlar ki, bu prosesə dövlət tərəfindən ciddi nəzarət olunur. Aşkarlanan bu cür faktlar isə araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1948   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260