Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcəkRestoran, kafe və çay evlərinin iş rejimində və istifadə qaydalarında bir sıra dəyişikliklər edilib.

BiG.AZ Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında fəaliyyət göstərən restoran, kafe və çay evləri iyunun 1-dən etibarən saat 08:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

İş rejiminə dəyişiklik edilsə də, bir sıra qadağalar qüvvədə qalıb. Belə ki, qəlyan avadanlıqlarından istifadə qadağası qüvvədədir. Restoran, kafe və çay evlərində 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili də qadağandır.

Restoran, kafe və çay evlərindən xidmət isə "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında aparılacaq.

Nazirlər Kabinetinin maskalarla bağlı yeni qərarından sonra restoran, kafe və çay evlərində də tibbi maskalardan istifadə də məcburi olub. Yeni qaydalara əsasən, insanlar bu tipli qapalı məkanlarda olarkən mütləq maskadan istifadə etməlidir. Yalnız kafe və restoranlarda masa arxasında olarkən maskadan istifadə etməmək olar, bütün digər hallarda maskadan istifadə etmək lazımdır. İnsanlar restorandan çıxıb geri qayıtdıqdan sonra əllərini yumalıdırlar.

Kafe, restoranlarda və digər ictimai iaşə müəssisələrində bu qaydalara nəzarət edəcək xüsusi şəxslər olacaq.

Qaydaları pozanlar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq. Maskadan istifadə etməməyə görə cərimənin miqdarı isə hələki müəyyənləşməyib. Qərar Milli Məclisdə müzakirə olunur, qəbul olunduqdan sonra maskadan istifadə etməyən şəxslər cərimə olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1827   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 681
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 534
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 339
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 86
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76