Daha bir repçi küçənin ortasında güllələndi

Daha bir repçi küçənin ortasında güllələndi

Torontoda atışma nəticəsində 21 yaşlı repçi Houdini (əsl adi Dimarcio Cenkins) faciəvi şəkildə həlak olub.

Bu barədə REN TV Kanada mediasına istinadla xəbər yayıb.

Məlumata görə, musiqiçi 15 illik dostu ilə küçədə gedərkən yaxınlıqdan keçən avtomobildən atəş açılıb. Nəticədə, musiqiçidən əlavə onun dostu və yoldan keçən başqa bir nəfər yaralanıb.

Houdini hadisə yerində keçinib. Digər iki qurban isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, son günlərdə Kanadada bir çox hip-hop ifaçısı, o cümlədən Fourty4Double0, 22 Filthy, Why-S, Bvlly qətlə yetirilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1587 Tarix: 29.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər