Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA

Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA

İngiltərənin Suonsi Universitetində aparılan araşdırmaya görə, adsız barmağı uzun olan kişilərin qısa olanlarla müqayisədə koronavirusdan ölüm riski azdır.

Publika.az xəbər verir ki, mütəxəssislər bunun testosteronun səviyyəsindən qaynaqlandığını düşünür.

Ana bətnində olarkən daha çox testosteron hormonuna məruz qalan kişilərin adsız barmaqlarının uzun olduğunu təyin edən ekspertlər həmçinin bu şəxslərin immunitet sisteminin güclü olduğunu vurğulayıb.

41 ölkədən 200 mindən çox adamdan alınan məlumatlar əsasında edilən araşdırmaya görə, Malayziya, Rusiya və Meksika kimi koronavirusdan ölüm nisbətinin aşağı olduğu ölkələrdə kişilərin adsız barmağı daha uzun, Birləşmiş Krallıq, İspaniya və Bolqarıstan kimi ölüm nisbətinin yüksək olduğu ölkələrdə isə daha qısadır.

Uzun adsız barmağa sahib kişilərin olduğu ölkələrdə koronavirusdan ölüm nisbəti 2.7 faiz, qısa olanlarda isə 4.9 faiz olaraq hesablanıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3602 Tarix: 28.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər