Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazı

Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazıHaqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Selin Şəkərçidən danışırıq.

Selin Şəkərçi 1989-cu il iyunun 1-də Türkiyənin İzmir şəhərində doğulub.

Selinin atası ərəb, anası azərbaycanlıdır. O, beş yaşında olanda ata-anası boşanıb. Səkkiz yaşınadək balet təhsili alıb. İbtidai təhsil və liseyi İzmirdə oxuyub.

Anasının istəyi və köməyi ilə teatr kurslarına gedib. Həmin dönəmdə İzmirdə özəl bir teatr və İzmir Dövlət Teatrında uşaqlar üçün səhnələşdirilən tamaşalarda rol alıb. 2006-cı ildə İstanbula gələndə Selinin 18 yaşı vardı. Böyük şəhərə gəlişi ilə seriallar və reklamlarda görünməyə başlayır.

Həmin il ekranlara çıxan "Sağır oda" serialı ilə Selin Şəkərçinin kino karyerası da start götürür. Bir il sonra çəkilən "Kavak yelleri" adlı serialında bir neçə bölümündə səhnə alır. Bu məşhur serialda Fəyza obrazına həyat verir.

Selin 2008-ci ildə çəkilən "Melekler korusun" serialında da görünür. Gənc aktrisa bu serialda Özgə Özpirinçci, Rojda Dəmirər, Hümeyra, Avni Yalçın kimi usta oyunçularla rol alır. Həmin serialda Özgür Çelikli adlı bir həvəskar aktyorla eyni xarakteri canlandırır.

1969-cu ildə Necati Cumalının yazdığı eyniadlı əsər əsasında 2011-ci ildə çəkilən "Ay büyürken uyuyamam" adlı bədii filmdə Ayça Bingöl, Hazal Kaya, Fırat Çeliklə birgə rol alır. Filmin rejissoru Şərif Görəndir.

2011-2013-cü illərdə ekranlara öz möhrünü vuran "Leyla ile Mecnun" serialının ən sevilən obrazlarından biri olan Şəkərparə obrazına da Selin Şəkərçi həyat verib. Cəmi iki seriyada görünən Şəkərparə serialın sonunadək İsmayıl abini (Serkan Kəskin) xəyal kimi izləyir. Rejissoru Onur Ünlünün olduğu bu serialda Azərbaycan əsilli aktrisa Sərkan Kəskin, Ali Atay, Osman Sonant, Köksal Engür, Ahmet Mümtaz Taylan və Cengiz Bozkurt kimi peşəkarlarla eyni səhənədə rol alıb.

2012-ci ildə Mahsun Kırmızıgülün rejissoru olduğu "Benim için üzülmə" serialında Irmak obrazını canlandırır.Həmin il Mert Önerlə birlikdə "TRT Okul" üçün "Ben yaparım" adlı proqram hazırlayır.

2013-cü ilin Yeni İl bayramı gecəsində "O Səs Türkiyə" yarışmasında "Feeling good" adlı mahını səsləndirərək, Ebru Gündeşin komandasında daxil olur.

2014-cü ildə başlayan "Kaçak gelinler" serialının baş rollarından biri olan Şəbnəm Gürsoy obrazını canlandırır. Ekran əsərinin digər baş rollarına Dəniz Baysal, Açelya Topaloğlu, Furkan Andıç, Fırat Albayram can vermişdi.

2015-ci ildə yayıma başlayan "Acı aşk" serialında Sude rolunu oynayır. Bu serialda Sezgi Sena Akay, Seçkin Özdəmir, Alpərən Duymaz, Hüseyn Avni Danyal, Ərkan Canla birlikdə rol almışdı.

2016-cı ildə yayıma başlayan "Rengarenk" serialında isə Renk xarakterini canlandırır. Bir il sonra ekranlara çıxan "Çoban yıldızı" serialında isə Zöhrə obrazını...

Selin Şəkərçi bu ekran əsərləri ilə yanaşı, "İzmir çetesi", "Siyah beyaz aşk", "Sevgili komşum" və "Kızım" adlı serialların yaradıcı heyətində yer alıb. Teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8013   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 813
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1128
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1299
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1058
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 977
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 12448
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1634
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 7693
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1318