"Klon"un qəhrəmanları 20 il sonra - Fotolar

"Klon"un qəhrəmanları 20 il sonra - Fotolar

Payızda məşhur Braziliya serialı "Klon"unun 19 yaşı tamam olur.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işi 2000-ci ildə lentə alınıb və 2001-ci ildə təqdim edilib. İngilis mediası serialın məşhur qəhrəmanları ilə bağlı yeni məlumatlar yayımlayıb.

44 yaşlı Covanna Antonella (Hade) və 47 yaşlı Murilo Benisio (Lukas) bir araya gəliblər. Ekran işindən sonra sevgili olan Hadi və Lukasın 2005-ci ildə oğlu Petra dünyaya gəlib. Övladı dünyaya gəldikdən sonra boşanan cütlük dostluq münasibətini qoruyub saxlayıb.

Antonella və Murilo oğlunun ad günündə bir araya gəliblər. 15 yaşı tamam olan övladlarına ad günü edən cütlüyün şəkilləri mediada da yayılıb. Aktyorların digər nikahdan olan övladları da orada yer alıblar.

Qeyd edək ki, Antonella boşanandan sonra amerikalı biznesmen Robert Lokaçio ilə ailə qurub. Onlar ancaq 4 ay evli qalıblar. Deyilənə görə cütlüyün boşanmasına səbəb iş adamının Murilonu qısqanması olub. Hazırda Jade kimi tanınan aktrisa rejissor Leonard Noqeyroy ilə xoşbəxt münasibətdədir. Onların Antoni və Sofi adlı iki övladı var.

Murilo isə ayrıldıqdan sonra serialda "Klon"da onun qızı obrazını canlandıran Deboro Falabellə münasibət qurub. 7 il vətəndaş nikahında yaşayan cütlük 2019-cu ildə ayrılıb. Murilonun da başqa nikahdan bir oğlu var.

"Klon"un qəhrəmanları 20 il sonra - Fotolar
"Klon"un qəhrəmanları 20 il sonra - Fotolar
"Klon"un qəhrəmanları 20 il sonra - Fotolar

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5293 Tarix: 28.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər