Almaniyanın bu şəhərində cəmi 1 avroya illik ev kirayələmək mümkündür

Almaniyanın bu şəhərində cəmi 1 avroya illik ev kirayələmək mümkündür

Bu gün Almaniyanın Auqsburq şəhəri nəhəng elmi və sənaye mərkəzi sayılır. 5 əsr öncə isə şəhər önəmli ticarət nöqtəsi sayılırdı və burada bir çox varlı tacir yaşayırdı.

Publika.az xəbər verir ki, Auqsburq şəhəri eramızdan əvvəl 15-ci ildə inşa olunub. Orta əsrlərdə yaşayan tacir ailələrindən bir neçəsi isə sosial layihə hazırlayır. Əsas zəhməti keçən Yakob Függer kasıblar üçün evlərin tikintisinə başlayır. "Şəhərdə şəhər" adlı bu layihənin memarları 53 binanın layihəsini hazırlayırlar. Függeray adını alan şəhərcik hündür hasarlarla əhatələnir. Sarı binalardakı bütün mənzillərə qapı qoyulur ki, insanlar özlərini sığınacaqda deyil, evlərindəki kimi hiss etsinlər.

Artıq 500 ildir ki, bu şəhərcikdə bir illik mənzil kirayələmək cəmi 88 sentdir, bu isə heç bir avro da deyil. Əvəzində isə yeni ev sahibi Frugger ailəsi üçün dua etməli və gecə yarı olmadan mənzilə dönməlidir. Lakin bu mənzilləri kirayələməyin də şərtləri var. 1. Ailə mütləq katolik olmalıdır. 2. Sübut etməlidir ki, gəliri digər rayonlarda ev kirayələmək üçün yetərsizdir. 3. 2 ildən çox Auqsburqda yaşamalıdır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2046 Tarix: 28.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər