Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunubDövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Mərkəzdən BiG.AZ-a verilən məlumata görə, iclasda COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti, pandemiyanın təhsil və imtahan prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, virusla əlaqədar müvafiq metodiki göstərişlərə uyğun imtahanlara hazırlıq işləri və s. məsələlər müzakirə edilib

Onlayn iclasda Direktorlar Şurasının üzvləri ilə yanaşı təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.

COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti ilə bağlı bağlı məlumat verən sədr Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində DİM-in "Fərdi inkişafa dəstək" layihəsi"çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.

Bundan əlavə, xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Bu imtahanlara 100 mindən artıq yazılış qeydə alınıb.

Həmçinin pandemiyanın təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən hüquqi-normativ aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və NK-nın 18 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilib.

Onlayn iclasda iyun ayından etibarən hər həftəsonu ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilmə qrafiki və bununla bağlı görülən hazırlıq işləri də müzakirə edilib.

Qeyd olunub ki, imtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. DİM və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin tabeliyində olan binalara yerində baxış keçirilməsi, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyətinin yoxlanılması da vurğulanıb. Həmçinin imtahanlara hazırlıq məqsədilə "Şagird-məzun", "Tələbə-məzun" elektron məlumat bazalarına məsul şəxslər tərəfindən lazımi informasiyaların daxil edilməsi və s. məsələlər də müzakirə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749
.

"Onlardan bezib televiziyadan getdim" - Ceyran Rəhimova

"Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim instaqram hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır

15.04.2024 562
.

Avstraliyada ticarət mərkəzində dəhşətli bıçaqlı hücum oldu - VİDEO

Ötən gün Avstraliyanın Sidney şəhərində ticarət mərkəzlərindən birində bıçaqlı hücum baş verib. BİG.AZ xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnib, bir neçə nəfər bıçaqlanıb. Hücum nəticəsində ölən və yaralananlar var. Faktla bağlı polis araşdırmaya başlayıb

15.04.2024 225
.

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15.04.2024 479
.

Əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15.04.2024 268
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Rusiyada daşqın nəticəsində evlər suyun altında qalıb

Xəbər verdiyimiz kimi, Rusiyanın Orenburq vilayətində daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb. Evlərin əksəriyyətinin çoxmərtəbəli olduğu bildirilib. Məlumata görə, suyun altında qalan evlərdən 16547 nəfər, 4648 uşaq təxliyə edili

15.04.2024 356
.

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsu

15.04.2024 463
.

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. Müğənni qeyd edib ki

15.04.2024 1137