Bu şəxslər tibbi maska ​​taxa bilməz

Bu şəxslər tibbi maska ​​taxa bilməz

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) olanlar tibbi maska taxmaq tövsiyə olunmayan yeganə insanlardır.

BiG.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə tibb elmləri namizədi, ali kateqoriyalı həkim Vladimir Zaytsev bildirib.

Onun sözlərinə əsasən, ağciyər xəstəlikləri olanlarda maskalar nəfəs almaqda çətinlik yarada bildiyi üçün təhlükəlidir. Xüsusən də bu, yenidən istifadə edilə bilən maskalara aiddir.

"Bu, bronxospazmı, yüngül dərəcədə asfiksiyası, boğulması olan insanlardır. Bir sözlə, adi vaxtda da nəfəs almaqda çətinlik çəkən xəstələrdir", - deyə həkim ağciyərlərin xroniki obstruktiv xəstəliyi olanlar haqqında danışarkən qeyd edib.

Zaytsev AXOX xəstəliyindən əziyyət çəkən insanlara sərt şəkildə izolyasiya rejiminə riayət etməyi tövsiyə edib.

Qeyd edək ki, ÜST-ün proqnozlarına əsasən, 2030-cu ilədək AXOX dünyada üçüncü əsas ölüm səbəbi olacaq.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1228 Tarix: 28.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər