"... Ermənistanın sonunu yaxınlaşdıracaq!" - Ekspertlər

"... Ermənistanın sonunu yaxınlaşdıracaq!" - Ekspertlər"Bölgələrdə xidmət edən hərbçilərimizin şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Bu işlərin davamlı olacağını düşünürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında cəbhəboyu zonada yeni hərbi hissələrin açılmasına münasibət bildirən Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, yeni hərbi hissə və şəhərçiklərin açılmasında məqsəd hərbçilərin yaşayış və xidmət şəraitinin müasir tələblər səviyyəsinə çatdırılmasıdır.

Deputatın sözlərinə görə, hazırda düşmənə daha çox Azərbaycan Ordusunun silsilə təlimləri təsir edir: "Ancaq yeni hərbi hissələrin açılması o deməkdir ki, bizim hərbçilər yaşayış təminatından tam arxayın olsunlar. Onlar bilməlidirlər ki, bütün ehtiyacları yüksək səviyyədə təmin edilir".

R.Musabəyovun fikrincə, Azərbaycan Ordusu qonşu dövlətlərin orduları ilə müqayisədə böyük işlər görüb, uğurlar əldə edib: "Bu gün hər şey müqayisəli şəkildə aparılmalıdır. Reallıq odur ki, biz Azərbaycan Ordusunun təminatını ABŞ, yaxud Almaniya ordusunun təminatı ilə müqayisə edə bilmərik. Ancaq düşünürəm ki, bölgədə bizim hərbçilərimiz üçün lazımi işlər görülüb. Qonşu ölkələrlə - Rusiya, İran, Gürcüstanla müqayisədə Azərbaycan Ordusunda görülən işləri müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu müsbət dəyişikliklər davamlı olacaq".

Tədqiqatçı, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, yeni hərbi hissələrin tikilməsi, hərb sistemimizin kifayət qədər modernləşdirilməsi və zəngin maddi-texniki bazamızın olması Ermənistanı narahat edir:

"Hər birimiz ordumuzun keçirdiyi təlimləri və müsbət dəyişiklikləri ruh yüksəkliyi ilə izləyirik. Azərbaycan Ordusunda hərbi təlimlərin planlaşdırılmış formada davam etdirilməsi çox zəruri addımdır. Eyni zamanda mütəmadi olaraq həyata keçirilən hərbi təlimlər düşmən tərəfini hər zaman psixoloji gərginlikdə saxlayır. Bizim bütün təlimlərimiz Ermənistanda çox ciddi narahatlıqla izlənilir. Təbii ki, sülh danışıqlarını imitasiya etmək, Azərbaycanın torpaqlarını işğalda saxlamaq, status-kvonu bu yolla uzatmaq işğalçı Ermənistanın sonunu yaxınlaşdıracaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3425   Tarix: 25 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133