Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə ikinci yerdədir

Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə ikinci yerdədir
Braziliya koronavirusa yoluxanların sayına görə ikinci yerə qalxıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, ölkədə koronavirusdan ölənlərin sayı 22 mini keçib, xəstəxanalarda yer qalmayıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının "Twitter" səhifəsində yayılan məlumata görə ABŞ administrasiyası tibbi yardım kimi Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərir.

Bundan başqa ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.

Qeyd edək ki, Braziliyada keçirilən karnavaldan bir gün sonra, fevralın 26-da ilk dəfə COVİD-19 infeksiyasına yoluxma halı təsdiqlənib. Koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib.

O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1108 Tarix: 25.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər