Ay tutulacaq

Ay tutulacaq
2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

BiG.AZ-ıın məlumatına görə, ikinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda olacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1453 Tarix: 25.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər