Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz"

Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz""Alimenti övladlarım üçün ödəyirəm, amma o özü üçün də pul istəyir. Mənim belə bir niyyətim yoxdur".

BiG.AZ xəbər verir ki, bu sözləri şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarovanın aliment ödəmədiyini iddia edərək məhkəməyə verdiyi keçmiş həyat yoldaşı Ülfət Tanrıverdiyev, məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, Z. Məmmədyarovanın iddialarının əksinə, hər zaman aliment ödəyib:

"Qeyri-rəsmi olaraq biz onunla 2015-ci ilin iyunundan boşanmışıq. Lakin bu haqda məhkəmə 2016-cı ildə baş tutub və rəsmi məhkəmə qətnaməsi 2017-ci ilin yanvarında bizim əlimizə çatıb. Amma 2015-ci ildən mən ona qeyri-rəsmi şəkildə aliment ödəməyə başlamışam. Rəsmi şəkildə boşandıqdan sonra da bu proses davam edib. 2017-ci ilin fevralında ABŞ-a köçdüm. Bir müddət iş axtardığım və sənədləşdirmə işlərini tamamlamağa çalışdığım üçün aliment ödəyə bilmədim, yenə də mütləq bəzi kiçik ödənişlər edirdim. Daha sonra hər şey qaydasına düşdükdən sonra isə ödənişləri davam etdirməyə başladım ki, əksəriyyətinin də qəbzi məndə mövcuddur, çünki ödənişlərin bəzilərini əldən göndərmişəm. Ödənişlərdən əlavə isə hər zaman övladlarıma müxtəlif hədiyyələr alıb göndərmişəm. Bunu Bakıdakı bir dostumun əli ilə edirdim. Həmin dostumda mənə məxsus ABŞ banklarından birinin plastik kartı mövcuddur".

Ü. Tanrıverdiyev bildirib ki, Z. Məmmədyarova bu üsulla evini onun əlindən almaq niyyətindədir:
"Sumqayıt şəhərində evim var. Hazırda keçmiş həyat yoldaşım övladlarımla o evdə yaşayır. Amma ev mənə məxsusdur. Mənə dəfələrlə deyib ki, evi, uşaqların hüquqi mülkiyyəti kimi qeydiyyata sal. Bu üsulla məndən evi almaq istəyir. Mən alimenti övladlarım üçün ödəyirəm, amma o özü üçün də pul istəyir. Mənim onun özü üçün də pul ödəmək kimi niyyətim yoxdur. Bu qədər də nankorluq olmaz".

Xatırladaq ki, Axşam.az şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova 2017-ci ildə boşandığı Ülfət Tanrıverdiyevi uşaqlarına görə aliment ödəmədiyini iddia edərək məhkəməyə verdiyini yazmışdı. O, buna görə xeyli miqdarda borcunun yığıldığını iddia edib.
Qeyd edək ki, onların bu evlilikdən 2 övladı var.

Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz"Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz"Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz"Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittihamlar: "Bu qədər nankorluq olmaz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1811   Tarix: 25 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568