Brilyant daşlı qızıl saat taxan Nadir: "Bunu almaq üçün tər töküb, sağlamlığımdan keçmişəm" - VİDEO

Brilyant daşlı qızıl saat taxan Nadir: "Bunu almaq üçün tər töküb, sağlamlığımdan keçmişəm" - VİDEO"Karantin dönəmində sosial şəbəkə hesabımda nə isə paylaşanda izləyicilər dərhal hücuma keçib, tənqid etməyə başlayırlar. Hətta paylaşımım ideal olsa da, ilişməyə nəsə tapırlar. Bir sözlə, ağ vərəqin üstündə qara nöqtə axtarırlar".

Bu sözləri şou-biznesin "əjdahası" müğənni Nadir Qafarzadə "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramında deyib. Sənətçi maddi vəziyyətindən asılı olmayaraq, hamını sevməyə səsləyib:

"Maddi vəziyyətdən, kasıb-varlı olmağımızdan asılı olmayaraq, hamımız bir-birimizi sevib, hörmət etməliyik. Əgər sevə bilmiriksə, demək insanlıqdan uzağıq. Bəlkə də insanlıq yoxdur içimizdə. İnsanlar son zamanlar çox aqressiv olublar".

Karantin dönəmində Nadir sən demə, şor-çörək aludəçisinə çevrilib. Kökəlsə də, bir həftə içində üç kilo çəki atdığını dilə gətirib:

"Uzun zaman idi ki, isti zavod və təndir çörəyinə tamarzı idim. Çörək yemirdim. Səhərlər şoru çörəyin üstünə yaxıb, şirin çayla içirdim. Mənə elə gəlir ki, şor, çörək və şirin çay hamının evində var. Bunlar ucuz ərzaqlardır. Çox dadlı və ləzzətli idi, onları yeməkdən imtina edə bilmirdim.

Bir həftədir ki, üç kilo çəki atmışam. Tez kökəlib, tez arıqlaya bilirəm. Hər bir işimdə məqsəd qoyduğum kimi, bu arıqlamaqda da özümə məqsəd qoydum və arıqladım".

Sənətçi qoluna taxdığı qızıl və brilyant daşlarla bəzədilmiş saatının hədiyyə olmadığını, özü aldığını bildirib:

"Heç kim mənə hədiyyə etmir. Valideynlərim üçün mən özüm bir hədiyyəyəm. Bu saatımı heç kimə bağışlamaram. Çünki bunu öz zəhmətimlə, əziyyətimlə almışam. Bu saatı almaq üçün tər töküb, sağlamlığımdan, yuxusuz gecələrimdən keçmişəm. Uzun yollar qət edib, almışam. Bu saata layiqəm. Heç kimin cibindən oğurlamamışam, kiminsə pulunu mənimsəməmişəm və kiminsə haqqına girməmişəm. Bu saat mənim haqqımdır".

oxu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2656   Tarix: 24 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1259
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 444
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 520
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 907
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1951
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1302
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 883
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 513
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 639