Gürcüstanda fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olundu

Gürcüstanda fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olundu
Gürcüstanda mayın 22-ə keçən gecə fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olunub.
BiG.AZ Trend-ə istinadən bildirir ki, Tbilisidə insanlar bir-birini hərəkət məhdudiyyətinin aradan qaldırılması münasibətilə təbrik edib.

Ölkə tarixinin ən uzun və sərt komendant saatı 53 gün davam edib. Burada fövqəladə vəziyyət martın 21-də, komendant saatı isə martın 31-də tətbiq edilib. Hər iki rejim mayın 23-də ləğv edilib.

Mağazalar əvvəlki iş rejiminə qayıdıb, 70 yaşdan yuxarı şəxslərə evdən çıxmağa, eləcə də avtomobildə 3 nəfərdən artıq şəxsin olmasına icazə verilib. Bununla belə, bəzi məhdudiyyətlər qüvvədə qalacaq. Belə ki, qapalı məkanlarda maskasız olmaq qadağan edilir, həmçinin insanlar bir-birindən 2 metr məsafədə dayanmalıdır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2291 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər