Politoloq: "Almaniyanın mövqeyi Avropa İttifaqının məsələyə yanaşmasını göstərir"

Politoloq: "Almaniyanın mövqeyi Avropa İttifaqının məsələyə yanaşmasını göstərir""Almaniya heç vaxt qondarma rejimləri tanımayıb və tanımaq niyyətində deyil".

Bunu "Report"a Almaniyanın qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı bəyanatını şərh edən politoloq İlqar Vəlizadə bildirib.

"Almaniyanın bu addımı, əslində, Avropa İttifaqının bu məsələyə yanaşmasını göstərir. Yanaşması isə bundan ibarətdir ki, Aİ-nin hər hansısa ölkəsi heç bir halda qondarma rejim və qurumları dəstəkləmir. Bu, bir neçə il öncə qəbul edilmiş Aİ-nin Xarici Siyasət Xartiyasında öz əksini tapıb. Buna görə də Almaniya Xarici İşlər Nazirliyinin bu addımını anlamaq olar. Eyni zamanda bu, Almaniyanın ənənəvi siyasətinin göstəricisidir ki, Azərbaycanla bağlı prioritetləri dəyişməzdir", - o deyib.

Politoloq Almaniyanın bu addımının təsadüfi olmadığını vurğulayıb: "Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Almaniyanın kansleri Azərbaycanda səfərdə olarkən bir daha bəyan etmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni Almaniya XİN-in bu addımı heç də təsadüfi deyil. Eyni yanaşma digər ölkələrə qarşı da sərgilənir".

İ.Vəlizadə həmçinin Almaniyada qondarma rejimi təbliğ edən saytın bağlanılmasını da şərh edib: "Bir halda ki, bir ölkə süni yaradılmış qurumu tanımır, deməli, onun fəaliyyətini də qeyri-qanuni sayır. Bu, birmənalı olaraq belədir. Bu onu göstərir ki, Almaniya Azərbaycanla münasibətləri çox yüksək qiymətləndirir və regionda onu bir nömrəli iqtisadi partnyor hesab edir. Almaniya rəsmiləri bunu heç vaxt gizlətməyiblər. Almaniya üçün regionda olan prioritetlər dəyişməzdir. Bu ölkə Azərbaycanla milyonlarla avro ilə ölçülən layihələr həyata keçirir. Bu layihələr hər iki ölkəyə kifayət qədər fayda verir. Bu həm də Almaniyanın Azərbaycanın siyasətinə hörmətlə yanaşdığının nümunəsidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376