"Koronavirus bizə toy tutdu" — Fidan Süleymanova

"Koronavirus bizə toy tutdu" — Fidan Süleymanova
“Biz toy tutmaq əvəzinə koronavirus bizə toy tutdu. İş yox, toy yox, oturmuşuq evdə. Azərbaycanda hamı bilir ki, müğənnilərin gəlir yeri toydur. Hələ nə vaxt restoran və şadlıq evlərinin fəaliyyətinin bərpa olunacağı və toy mərasimlərinin keçiriləcəyi də məlum deyil”.
BiG.AZ xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında müğənni Fidan Süleymanova deyib.
Müğənni belə getsə, həmkarlarının tez bir zamanda müflisləşəcəyini də proqnozlaşdırıb:

“Belə görürəm, hələ işıqucu görünmür. Deyəsən, koronavirus şou-biznesin axırına çıxmayınca, çıxıb gedən deyil. Belə getsə, hər kəs müflis olacaq. Taclı korona bütün dünyada meydan sulayır. Maska taxmaqdan da ürəyim sıxılır. Bircə koronadan yaxamızı qurtarsaq, doyunca nəfəs alardıq”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1610 Tarix: 23.05.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol