Bakıda yarmarkalarda kənd təsərrüfatı məhsullarını daha ucuz ala bilərsiniz - VİDEO

Bakıda yarmarkalarda kənd təsərrüfatı məhsullarını daha ucuz ala bilərsiniz - VİDEO
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə paytaxtın üç fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunub.

Baku TV xəbər verir ki, 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.

Yarmarkada 70 adda kənd təsərrüfatı məhsulları müştərilərə münasib qiymətə təklif olunur. Burada 100-ə yaxın fermer iştirak edir.

“Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsaldır.


oxu

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1040 Tarix: 23.05.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol