Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan şəxslər ələ keçdi

Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan şəxslər ələ keçdi

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onların üzərinə baxış keçirilən zaman M.Hacıkişiyevin üzərindən iki ədəd kağız bükümdə çəkisi 1.164 qram, Z.Əmiraslanovun üzərindən isə bir ədəd sellofan bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman bir ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədi ilə İlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 331 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər