Bakıda zəncirvari qəza: ölən var

Bakıda zəncirvari qəza: ölən var

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Firqət İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış "Toyota Prado" və "VAZ-2107" markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib.

Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib, F.İsgəndərov orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 842 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər