Azərbaycanlı müğənninin arxiv görüntüləri üzə çıxdı - VİDEO

Azərbaycanlı müğənninin arxiv görüntüləri üzə çıxdı - VİDEO

Azərbaycan şou-biznesində “Şipşirin” ləqəbi ilə məşhurlaşan müğənni Elçin Cəfərovun arxiv görüntüləri üzə çıxıb.

Oxu.Az xəbər verir ki, “Xəzər” telekanalında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olan müğənniyə gözlənilməz sürpriz təqdim olunub.

Öncə efirdə Elçinin Xalq artisti Nazpəri Dostəliyeva ilə uşaqlıq fotosu yayımlanıb.

Proqramda qonaq olan müğənni Günay İbrahimli və məşhur idmançı Eduard Məmmədov E.Cəfərovun heç dəyişilmədiyini söyləyiblər.

Fotonun ardınca isə 1998-ci ildə el şənliklərindən birində çəkilmiş Elçinin arxiv videosu nümayiş etdirilib.

Görüntülərdə E.Cəfərov türk sənət dünyasının “imperatoru” sayılan İbrahim Tatlısəsin repertuarında yer alan “Anam” bəstəsini ifa edib.

Müğənni uşaqlıqdan İ.Tatlısəsin fanatı olduğunu və onun mahnılarına qulaq asdığını dilə gətirib.

Həmin görüntülər şou-proqramda iştirak edən qonaqlar tərəfindən maraqla qarşılanıb.




BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1925 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər