Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİCOVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və maskadana istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə məntiqlidir.

Hadisələrin belə cərəyan edəcəyi halda karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Belə olacağı halda vətəndaşları hansı cərimələr gözləyir?

Bununla bağlı Milli.Az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

"Operativ Qərargah hansı tədbirləri görsə biz onu icra edirik. Karantin rejiminə riayət olunmasına nəzarəti fasiləsiz olaraq bizim polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ölkə ərazisində, o cümlədən paytaxtda həyata keçirir. Metrodan istifadə edən sərnişinlərdən mütləq qaydada maskadan istifadə etmək tələb olunur. Polis icraçıdır, biz hansı qərar qəbul olunsa onun icrasına nəzarət edirik".

Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə cəzaların sərtləşdiriləcəyini və yeni qaydaların olacağı xəbərini verib:

"Parklarda, bulvarda gəzmək sosial məsafə qaydalarına ciddi riayət etməklə olmalıdır. Tibbi maskanın taxılması qapalı sahələrdə məcburidir. Taxılmayacağı halda ciddi cərimələr tətbiq olunacaq. Açıq havada isə tövsiyə olunur. Vətəndaşlarımız öz sağlamlıqlarına riayət etsinlər. Xüsusilə hündürmərtəbəli yaşayış binalarında, biznes mərkəzlərində liftlərlə enərkən onlar infeksiyanın bu tip sahələrdə qala biləcəyi ehtimalını nəzərə almalıdırlar. Ancaq açıq havada da bankların qarşısında, hansısa bir digər məqsədlərlə növbələr olarsa, burada da məcburi olacaqdır, açıq hava olmasına baxmayaraq. Yəni maska taxılması qapalı sahələrdə və açıq sahələrdəki növbələrdə məcburi olacaqdır".

Qeyd edək ki, mövcud vəziyyətdə xüsusi karantin rejimi mayın 31-nə kimi qüvvədədir. İyunun 1-dən bəzi qadağaların ləğvi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4947   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 479
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 475
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 370
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 337
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3593
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 316
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 584
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 94
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1281