Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib - VİDEO

Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

Bu barədə “Komsomolskaya pravda” mənbəsinə istinadla xəbər yayıb.

Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martan rayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.

Çeçenistanda respublika başçısının yoluxma xəbəri təkzib olunub.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1384 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər