ABŞ 30 ildə ilk dəfə nüvə bombası partlatmaq FİKRİNƏ DÜŞDÜ

ABŞ 30 ildə ilk dəfə nüvə bombası partlatmaq FİKRİNƏ DÜŞDÜ

ABŞ hökuməti 1992-ci ildən bəri ilk nüvə sınağının keçirilməsini müzakirə edib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The Washington Post" ABŞ prezidenti Donald Trampa yaxın mənbəyə istinadən yazır.

Məlumata əsasən, bu məsələ ötən cümə günü ali milli təhlükəsizlik orqanlarının rəhbərlərinin görüşü zamanı müzakirə olunub.

Görüş Rusiya və Çinin aşağı gücdə gizli nüvə sınaqları keçirdikləri barədə iddialar yayıldıqdan sonra keçirilib. Lakin bu iddianı təsdiqləyəcək sübutlar təqdim olunmayıb.

Həmin iclasda moratoriumun pozulması barədə razılığa gəlmək mümkün olmadığından müzakirələr davam edir.

Bəzi mənbələrin bildirdiyinə görə, Çin və Rusiya təhdidləri müqabilində nüvə sınaqlarını bərpa etmədən cavab tədbirləri görmək qərarı qəbul olunub.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 546 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər