Rusiyada güclü yanğın: 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

Rusiyada güclü yanğın: 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

Rusiya Federasiyası, Tatarıstan Respublikasında güclü yanğın baş verib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.

Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.

Ərazidə yanğınsöndürənlər və xilasedicilər çalışır. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən başlayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 412 Tarix: 23.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər