Türkiyəyə səfər etmək istəyənlərə ŞAD XƏBƏR - Sərhədlər bu tarixdən açılır

Türkiyəyə səfər etmək istəyənlərə ŞAD XƏBƏR - Sərhədlər bu tarixdən açılırTürkiyədə iyun ayının ilk 5 günündə pandemiya tamamilə bitmiş olacaq.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Pərviz Sultanov bildirib.

Onun sözlərinə əsasən, 10 iyun tarixindən Türkiyə-Azərbaycan sərhədləri tamamilə açılacaq.

Azərbaycan vətəndaşları xəstəxanalardan koronavirus xəstəsi olmadıqlarını təsdiqləyən (ən son bir həftə ərzində alınmış) sənədlə Türkiyəyə səyahət edə bilıcəklər.

Qeyd olunur ki, İstanbul Hava limanında 2-2.5 saat ərzində sürətli testlərlə onların son vəziyyətləri nəzarətə alınacaq, lakin sağlam olduqları təqdirdə karantində saxlanılmayacaqlar.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8959   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş