İtaliya baş nazirinin kürsüdə görünüşü ölkə vətəndaşlarını şoka saldı - VİDEO

İtaliya baş nazirinin kürsüdə görünüşü ölkə vətəndaşlarını şoka saldı - VİDEO

İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentdə koronavirusa həsr olunmuş iclas zamanı öskürməyə başlayıb.

“Hürriyet”in məlumatına görə, parlamentdə olan müxaliflər buna sərt reaksiya göstərərək, ondan maska taxmasını tələb ediblər.

Bununla bağlı yayılan kadrlardan görünür ki, baş nazir nitqini kəsərək, su içib və nitqinə davam etmək istəyib. Ancaq yenə öskürməyə başlayıb.

Vəziyyəti belə görən Konte boğazında problem olduğunu deyərək, çıxışını yarımçıq bitirib.

Baş nazirin öskürək tutması koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliya mediasında böyük müzakirələrə səbəb olub.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2038 Tarix: 22.05.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol