Aşıq Ulduz vəfat etdi - Yaxınları nəşi Azərbaycana gətirə bilmir
Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.
Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.
BiG.Az


Xəbərlər Baxılıb: 12369 Tarix: 22 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş