Məşhurlar kimi Mədəniyyət naziri görmək istəyir?

Məşhurlar kimi Mədəniyyət naziri görmək istəyir?Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əbülfəs Mürsəl oğlu Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Sənətçilər kimi Mədəniyyət naziri görmək istəyirlər?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı məşhurlara müraciət edib.

Xalq artisti Rasim Balayev:

"Cənab Prezident kimi məsləhət görəcəksə, həmin şəxs də Mədəniyyət naziri olacaq. Kimliyindən asılı olmayaraq, çox istərdim ki, Azərbaycan mədəniyyətini dərindən bilən, sevən adam olsun. Mədəniyyətimiz barədə düşünən, bu işin məsuliyyətini dərk edən şəxs olsun. Bir xalqı onun mədəniyyəti ilə tanıyırlar. Bu işlərə də mədəniyyətimizi bilən şəxs rəhbərlik etməlidir. Azərbaycan xalqını sevən, mədəniyyətimizi inkişaf etdirmək haqqında düşünən insan nazir postunda olmalıdır. Arzu edərdim ki, cənab Prezidentin təyin edəcəyi şəxs bu keyfiyyətlərə sahib olsun".

Xalq artisti Naibə Allahverdiyeva:

"Bu, mənim nə səlahiyyətimdə, nə də hüququmda olan məsələ deyil. Cənab Prezident o kürsüyə kimi layiq görsə, o da Mədəniyyət naziri olacaq. Mədəniyyət naziri teatrı, kinonu, musiqini bilən bir şəxs olmalıdır. Bu sahədə olan bəzi çatışmazlıqları, problemləri aradan qaldırmalıdır. Tək teatr aləmində deyil, eləcə də musiqi sahəsində problemlər var. Bu, bir insanın işi deyil. Bu problemlər komanda şəklində həll olunub, aradan qaldırılmalıdır".

Şairə Nazilə Səfərli:

"O kürsüyə layiqli adam əyləşməlidir. Mədəniyyət naziri elə insan olmalıdır ki, ildə 30-40 nəfərə Xalq artisti adını verməsin. Bu gün-sabah dünyasını dəyişəcək insanları aciz vəziyyətdə, gözü yolda qoymasın. Mədəniyyət işçilərinin xüsusi fondunu yarada bilsin. Darda qalan insanlar üçün hər dəfə cənab Prezidentə ağız açılmasın. Nazir mədəniyyət işçilərinin sosial şəraitini təmin edə biləcək insan olsun ki, bu sahənin işçiləri ağır vəziyyətə düşməsinlər".

Müğənni Nadir Qafarzadə:

"Mədəniyyət naziri olan şəxs bu sahə ilə bağlı insan olmalıdır. Mədəniyyət naziri teatrı, Azərbaycan bəstəkarlarının əsərlərini, onların tarixini bilməlidir, rəssamlıqdan, ədəbiyyatdan başı çıxmalıdır. Universal şəxs olmalıdır. Söhbət Azərbaycan mədəniyyətindən gedirsə, musiqinin hər bir janrından həmin kadrın xəbəri olmalıdır. Kim layiqdirsə, o da seçilsin. Həmin şəxsi öncədən təbrik edirəm".

Bəstəkar-müğənni Murad Arif:

"Arzu olunandır ki, Mədəniyyət naziri gənc insan olsun. Biz müasir dünyada yaşayırıq. Müasir dövrün insanı olsa, məsələlərə baxış bucağı da yeni olacaq. Amma bu da əsas şərt deyil. Bir də görürsən ki, yaşı 70-i ötmüş yüksək vəzifədə oturan şəxsin o qədər müasir və mütərəqqi fikirləri olur ki, çalışdığı sahəyə fayda verə bilir".

Müğənni Kərim Abbasov:

"İstərdim ki, Mədəniyyət naziri sənət dünyasından olsun. Sənət insanlarının halına sənətçi yanar. Mədəniyyət naziri müğənnilərimizdən biri olsun. Brilliant Dadaşovanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Röya Ayxanı, Tünzalə Ağayevanı bu kürsüyə layiq görürəm. Mədəniyyət naziri vəzifəsinə bizdən biri təyin olunmasa, ağ günə çıxmayacağıq. Mədəniyyət evinin direktoru o vəzifəyə təyin olunsa, yenə də ciddi dəyişikliklər olmayacaq. Bir dəfə də müğənnilərdən birini layiq görsünlər. O zaman mədəniyyət və incəsənət aləmində müsbətə doğru dəyişikliklərin şahidi olarıq. Müğənnilərimizə hörmət artar. Mədəniyyət naziri bu sənətə canını fəda edən, illərini verən bir şəxs olmalıdır".

Rejissor Kənan Mahmudov:

"İstərdim ki, Mədəniyyət naziri Qənirə Paşayeva olsun. Mədəniyyət naziri Azərbaycan dilini bilməli, mədəniyyətdən anlayışı olmalıdır. Vətənini, millətini sevən, gənclərə dəstək verən şəxs olmalıdır. Arzu edirəm ki, serial və filmlərə ayrılan pulları mənimsənilməsin. Neçə ildir Mədəniyyət Nazirliyindən ümidim o qədər kəsilib ki, artıq heç nə gözləmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3006   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 711
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8159
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 452
.

Yeganə həyat yoldaşının qazancından danışdı

Müğənni Yeganə Akbudak (Mürsəlova) həyat yoldaşı Fateh Akbudakın işindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "7 tamam" proqramında onun dövlət məmuru olduğunu açıqlayıb. Yeganə bildirib ki, qazancı həyat yoldaşınınkından çoxdur:. "Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maa

18:00 145
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 717
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 590
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 624
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 799