Kamil Zeynallı bu gün azadlığa çıxır - VƏKİLİ AÇIQLADI

Kamil Zeynallı bu gün azadlığa çıxır - VƏKİLİ AÇIQLADIBu gün məşhur idmançı Kamil Zeynallı azadlığa çıxır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Kamil Zeynallının vəkili Adəm Məmmədov məlumat verib: "Bu gün Kamil Zeynallı saat 17:00 və 18:00 arası həbsdən çıxacaq. Onu dostları qarşılayacaq. O, Binəqədidə müvəqqəti saxlanılma məntəqəsində idi".

Vəkil "Kamil Zeynallını qarşılmağa həyat yoldaşı Gülay Zeynallı da gələcəkmi?" sualına "Bu haqda məlumatım yoxdur" deyə cavab verib.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün 10 gün müddətində həbs edilmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2411   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti