Azərbaycanın ən yaraşıqlı kişisi od püskürdü: "Biabırçılıqdır, bu sahənin də zayını çıxardılar"

Azərbaycanın ən yaraşıqlı kişisi od püskürdü: "Biabırçılıqdır, bu sahənin də zayını çıxardılar""Karantin içi mən qarışıq, bir çox insanları çökdürdü. Bütün işlərim dayandı. Onsuz da maddi baxımdan vəziyyətim yaxşı deyildi, karantin lap çətinləşdirdi".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə "Best model of Azerbaijan" və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World" gözəllik və model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov deyib.

Rüstəm karantinin onun həm işlərinə, həm də maddi vəziyyətinə mənfi təsir göstərdiyini bildirib:

"İki aydan çoxdur ki, bütün çəkilişlərim təxirə salınıb. Karantindən öncə bir az pulum var idi, onları da xərclədim. Başqa yerdən də qazancım yoxdur ki, hardansa pul gəlsin. Maddi vəziyyətim heç yaxşı deyil. Gərək karantin tam bitsin, hər yer açılsın ki, işlərimi görə bilim".

Məşhur model xərclərini minimuma endirdiyi üçün taksidən deyil, ictimai nəqliyyatdan istifadə etdiyini söyləyib:

"Restoranlara getmirəm, harasa gedəndə taksidən deyil, ictimai nəqliyyatdan istifadə edirəm. Ətrafımda hamı bilir ki, hər yerə avtobus, metro ilə gedirəm. Bunda bir qəbahət görmürəm. İnsanlar məni görəndə tanıyıb xoş qarşılayırlar. Hətta kənardan çəkib, "Instagram"da şəklimi paylaşırlar. Heç kim mənə söz ata və ya nəsə deyə bilməz. İki metr boyum var (gülür)".

"İşimi ucuz satan deyiləm", - deyən Azərbaycanın ən yaraşıqlı kişisi "Instagram" səhifəsinə gələn reklam təkliflərindən narazı olduğunu dilə gətirib:

"Instagram"ıma reklam təklifi edən şəxslər "dörd yaylıqla ağlayır". Reklam təklif edənlər nədənsə məndən öz məqsədləri üçün pulsuz istifadə etmək istəyirlər. Elə bil bunlara borcum var. Müəyyən məbləğ qarşılığında "Instagram" hesabımda reklam yerləşdirirəm. O məbləği də aşağı sala bilmərəm. Reklam təklifləri həddən artıq çoxdur, lakin ortada bir şey yoxdur. Ancaq öz mənfəətlərini güdürlər. Deyirlər ki, karantindir, iş yoxdur, güzəştə gedin.

Seriallarda çəkilmək üçün çox təklif alıram. Onlar da bir ağızdan söyləyirlər ki, gəl, pulsuz çəkil.

"Instagram" səhifəmin aktivliyi kifayət qədər yüksəkdir. Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər onların reklamında çəkilmək üçün ən xoşuma gəlməyən addımı atırlar. Yazırlar ki, bizə "Instagram" səhifənin statistikasını yolla. Mənə reklama çəkilmək üçün özümə görə deyil, "Instagram" səhifəmə görə müraciət edirlər. Bunlara aktyor, yaraşıqlı sima, işinin peşəkarı deyil, yalnız "Instagram" hesabında "izləyici", "bəyənmə" sayların, eləcə də rəylərin çox olması lazımdır. Onları keyfiyyət yox, kəmiyyət maraqlandırır. Biabırçılıqdır! Bu sahənin də zayını çıxarıblar.

Gör, bunlar necə savadsız adamlardır, düşünmürlər ki, 100 manat verib, elə səhifələrini "Instagram"da reklama qoyub, statistikanı on qat artıra bilərlər. Belə şəxslərlə işləyəndə hər zaman problem yaranır. Ona görə, belə şəxslərdən gələn təklifləri uzaqlaşdırıram. Bu sahədə mənim 16 ildən çox iş təcrübəm var. Buna görə, belə yararsız işlər görmək istəmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6585   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 388
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 8186
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 774
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 1296
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 1017
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 795
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1663
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 660
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 280