"Mədəniyyət naziri mövzusunda adımı çəkənlərə var olun deyirəm" - Faiq Ağayev

"Mədəniyyət naziri mövzusunda adımı çəkənlərə var olun deyirəm" - Faiq Ağayev

Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad olunub.

BiG.AZ xəbər verir ki, xəbərdən sonra sosial şəbəkələrdə hər kəs bu vəzifəyə öz namizədinin adını çəkərək paylaşımlar edir. Əksər məşhurlar isə Xalq artisti Faiq Ağayevi bu vəzifəyə layiq görüblər.

Faiq Ağayev instaqram hesabında mövzu ilə bağlı açıqlama verib:

"Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!
O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək. Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki..."

Samirə Qasımova


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1705 Tarix: 22.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər