"Victoria’s Secret" mağazalarını bağlayır

"Victoria’s Secret" mağazalarını bağlayır

Dünyaca məşhur alt geyimi brendi "Victoria’s Secret" bir neçə mağazasını bağlamaq qərarı verib.

BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəsmiləri növbəti bir neçə ay ərzində Kanada və ABŞ-dakı mağazalarının dörddə birini bağlayacağını açıqlayıb.

Şirkətin sahibi olan "L Brands" (LB) bildirib ki, koronavirus infeksiyası onların biznesinə də təsirsiz ötüşməyib. Maliyyə işləri ilə məşğul olan Stüart Burqdorfer açıqlamasında mağazaların bağlanmasının brendin yox olması deyil, "Victoria's Secret"in güclənməsinə kömək edəcəyini söyləyib.

Vurğulanıb ki, yaxın günlərdə Şimali Amerikada 53 mağaza bağlanacaq. Buna səbəb satışın 7 faiz aşağı düşməsidir. Hətta brendin ötən ilin noyabrında baş tutan dəfiləsi də reytinq toplaya bilmədi.

Qeyd edək ki, "Victoria’s Secret" 2018-ci ildə də 30 butikini bağlamışdı.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1178 Tarix: 22.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər