Uşağını "Başqa heyvanlar" bölməsində satışa çıxardı - FOTO

Uşağını "Başqa heyvanlar" bölməsində satışa çıxardı - FOTO

Elan saytlarının birində “Başqa heyvanlar” bölməsinə qoyulan elan hər kəsi şoka salıb.

Belə ki, foto yerinə balaca oğlan uşağının şəkli qoyulub və bildirilib ki, valideynləri onu “mehriban insanlara pulsuz şəkildə verməyə” hazırdır.

“İnterfaks”ın məlumatına görə, elan Rusiyanın məşhur “Avito” saytında verilib.

Elanda Sergey adlı şəxs təklif etdiyi “malı” belə tərif edib:

“Kiçik ziyanverici yeni valideyn axtarır. Yalan danışmağı, kobudluq, oğurluq etməyi sevir. Böyüklərə hörmət qoymur, dərsləri ilə məşğul olmağı, oxumağı, evdə kömək etməyi sevmir. Bütün günü telefonla oyun oynamağı, yaxud “YouTube”a baxmağı sevir. Onu xoşbəxt edə biləcək şəxslərə pulsuz verməyə hazırıq”, - deyə elanda bildirilir.

“Avito” artıq reklamı ləğv edib.

Bildirilir ki, Sankt-Peterburq şəhərində baş verən hadisə ilə bağlı istintaq orqanları artıq yoxlamalara başlayıb.

Uşağını "Başqa heyvanlar" bölməsində satışa çıxardı - FOTO


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1295 Tarix: 22.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər