"Sinəm özü belədir, əməliyyat etdirməmişəm" - Mina Hüseyn - VİDEO

"Sinəm özü belədir, əməliyyat etdirməmişəm" - Mina Hüseyn - VİDEOARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Mina Hüseyn olub.

BiG.AZ bildirir ki, sənətçi açıq-saçıq geyimlərindən və verdiyi pozlardan danışıb:

"Bütün dünyada açıq geyinənlər tənqid olunur da, sevilir də. Məsələn, Cenifer Lopez, Beyons. Uşaqlıqdan onları bəyəndiyim üçün özümü belə obrazda görürəm. Yəni ki, burada ayıb bir şey görmürəm".

Müğənni açıq-saçıqlığın və cəsarət tələb edən geyimlərin səhnə imici olduğunu dilə gətirib:

"Kameraya görə hər şey etmək olar. Amma gündəlik həyatda, əlbəttə, Mina papaq taxır, bağlı geyinir. Səhnə üçün belə olmaq normaldır".

Mina onu tənqid edənlərə də cavab verib:

"Düşünürəm ki, onlar tənqid yazmaqla bizi gündəmə gətirirlər. Mənə abırsız deyirlərsə, abır geyimlə ölçülmür. Abırsız onların özləridir".

İfaçı bədənində estetik əməliyyatın olmadığını da qeyd edib:

"Heç bir estetik əməliyyat etdirməmişəm. Nə sinəmdə, nə bədənimdə, nə də burnumda.
Bunu həkim yanına gedib sübut da edə bilərəm. Amma necə, bilmirəm. Hər şey özümündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12369   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar