"Saçıma, makiyajıma verdiyim pula, gedirlər yarım saat oxuyurlar" - Afət - VİDEO

"Saçıma, makiyajıma verdiyim pula, gedirlər yarım saat oxuyurlar" - Afət - VİDEOARB TV-nin "Ona qalsa" verilişində müğənni Afət Fərmanqızının maraqlı video müsahibəsi nümayiş olunub.

Müğənni yaşlı xalq artistlərinin onu qısqanmasından danışıb:

"Xoşbəxt bəndəyəm ki, atdığım addımları yaşlı-yaşlı xalq artistləri tərəfindən qısqanclıqla qarşılanır. İnsanlarımız görür ki, Afət Gəncədən, Lənkərana, Lənkərandan Moskovaya və digər yerlərə toya gedir, qısqanırlar. Elə olub ki, 4 gün yatmamışam".

Afət Fərmanqızı müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirib:

"İndi Əli Mirəliyev deyəcək ki, mən də hər gün toy oxumuşam. Əli müəllim, sizin dönəminizdə hər şey başqa idi. Tutaq ki, sizin dönəminizdə ən bahalı maşın "Vaz 21-07", və yaxud da "Volqa" idi. Bu gün zaman dəyişib. Demokratik və gözəl ölkədə yaşayırıq. Xalqın istəyi ilə gedib onların toyunu oxuyuram. Zorla camaatın toyunu necə gedim oxuyum? Mənim saçıma, makiyajıma verdiyim qonorara gedirlər yarım saat oxuyurlar. Onda da paxıllıq yaranır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4429   Tarix: 20 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az