"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏ

"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏBiG.AZ saytının növbəri müsahibi müğənni Səbinə Əskərovadır. Səbinə xanım, salam! Müsahibimizin olduğunuz üçün sizə təşəkkür edirəm. Səmimi və açıq sözlü olduğunuza güvənərək ilk sualıma keçid alıram.

Sizi Amerikaya nə bağladı?

Amerikaya təhsilimlə bağlı köçdüm. Eyni Akademiya New Yorkdada var idi mən havasına görə Los Angelesi seçdim.

Vətəndən uzaq qalmaq sizi darıxdırmır? Ailənizlə necə razılaşdınız ora getməyə?

Darıxıram, əlbəttə! Bakıda ailəm, yaxınlarım, dostlarım, sevdiyim yeməklər burda onların hamsından məhrumam. Ona görə vaxt tapan kimi 2 həftəlik də olsa, qaıb gəlirəm. Hal-hazırda hələki qayıtmaq fikrim yoxdur. Bəlkə çox darıxsam və bura məni bağlayan heç bir şey olmazsa qayıdaram. Anamdan başqa hər kəs fikrimi dəstəklədi. Anam hər gün deyir qayıt Azərbaycana, bu aralar bəhanəm var ki, uçuş yoxdur. Hələ ki, bir neçə aylıq bəhanəm var, sonra bir şey fikirləşərik (red: gülür)
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏBilirsiniz ki, pandemiya hazırda bütün dünyanı bürüyüb. Qaldığınız şəhərdə bununla bağlı hansı tədbirlər görülür? İnsanlar qadağalara necə əməl edir?

Burada insanlar çalışdıqları qədər məsafə saxlayırlar. Maskasız heç yerdə xidmət göstərilmir. Restoran, kafelər əvvəlki kimi işləyir sadəcə evə çatdırılma xidməti ilə... Parkların bəziləri açıqdır. Çimərliklər, hovuz, fitness zalları tamamilə bağlıdır. Karantin şərtləri o qədər də sərt deyil.

Sabina xanım, bir az məqsədləriniz haqqında danışaq. Yaxın gələcəkdə ilk planlarınız nədir?

Yeni mahnılarım var, yəqin ki, pandemiyadan sonra dinləyicilərə təqdim edərəm. Gələn ay 2 illik təhsilimi bitirirəm, sonrası necə olacaq bilmirəm. Burada hazırda hər şey "stop"dadır. Normal həyata nə vaxt dönəcəyimizi heç kəs bilmir. Bir neçə aydan sonra belə hər şeyin əvvəlki kimi olacağını da dəqiq bilmirik. Hamı necə mən də elə...
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏUzaqdan baxanda Azərbaycan şou-biznesi necə görünür?

Dörd-beş öndə olan müğənnini çıxmaq şərti ilə çox gülməli... Əslində zövqsüzlük aradan götürülsə bəlkə də hər şey normal görünər. Verilişlərdə bir müğənniyə digər müğənninin geyimi haqqında sual verilməsini yığışdırsınlar, bir-biri haqqında neqativ fikirlər deməsini isə heç başa düşmürəm. Məncə intellekti yerində olan müğənni ümumiyyətlə, efirdə ya sosial
şəbəkələrdə bu mövzular toxunmamalıdır. Kiminsə geyimi öz seçimidir, bazar söhbətləri və qeydbət həmin insanın özünün dünya görüşünün balaca olduğunu göstərir. Bunlar hamsı verilişlərdəki mövzu kasadlığından irəli gəlir. Aparıcı və ya jurnalist digər həmkarın haqqında suallar verə bilər, məcbur deyilsən kobud cavablandırmağa... mən Bakıda olanda da bu fikirdə idim. Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlardan acığım gəlir.

İfaçı olmasaydız sizcə hansı peşə sizdə mükəmməl alınardı?

Yəqin ki, ev dizayneri ya da aşbaz...

Sevgi yoxsa pul?

Əlbəttə sevgi! Pul sadəcə problemləri həll etmək üçün vəsaitdir. Xoşbəxt olmaq üçün o qədər də çox pul lazım deyil.
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏSabina xanım, qadın xəyanəti bağışlamalıdırmı?

Kişilərin 90%-i xəyanət edir və ayrılıb 2-ci dəfə ailə quracaqsa yenə xəyanət edəcək. Yəni çox mənasizdır. Düşünürəm ki, həyat yoldaşı ilə yaxın dost olmaq çox vacibdir.

İkinci dəfə ailə qurmaq istəyərsiz?

Ailə quraramsa, artıq ömürümün axırına kimi o adamla yaşayıb, bir yerdə yaşlanmaq istəyərəm.

Sənət sizə nəyi verib, nələri aldı?

Sənətimi çox sevirəm. Müğənniliyin yanına aktrisalığı da əlavə etdim. Təxrübə verdi, gözəl dostlar qazandım.

Xahiş edirəm, səmimi olaraq həyatda ən çox peşiman olduğunuz məsələni danışın. Sizi nə peşiman etdi?

Heç bir şeyə peşiman deyiləm. Səhvlərim dərslərimdir, hər atdığım yalnış addımım mənə təcrübə gətirib. Hələ çox səhvlər edəcəm, ölənə qədər... Hamı kimi, bu normaldır. Öləndən sonra edə bilməyəcəm, çünki ölü olacam (gülür). Əslində səhv etmək qorxulu deyil, orada ilişib qalmaq qorxuludur.

Azərbaycan səhnəsində nömrə 1 müğənni kimi hesab edirsiz?

Nömrə 1 və ya 2 deyə bilmərəm, amma sevdiyim müğənnilər var ki, mahnılarını həmişə dinləyirəm. Mənim fikrimcə Aygün Kazımova, Röya, Elton, Zamiq, Natavan Həbibi, Miri Yusif öndə olan və öndə olan və hər mahnıları sevilən müğənnilərdir. Digərlərini də qarşıma çıxarsa dinləyirəm. Yəni, axtarış verib hansısa mahnısını dinləmirəm.

"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏƏn böyük etirafınız nə ola bilər? Etiraf edin ki, .... (Davam edin)

Etiraf edirəm ki, çox tənbələm. Ən xoşuma gəlməyən cəhətim də hər kəsi özüm kimi bilirəm. Hər deəfə deyirəm "o bunu etməz"....

Azərbaycana qayıdıb öz boşluğunuzu dolduracaqsınızmı?

Onu hələ bilmirəm, amma sənətimi tamamilə atmaq fikrim yoxdur. Qayıtsam anama görə qayıdaram, ondan doymamışam. Burda olsam da yenə də yeni mahnılar üzərində işləyəcəm Qayıtmasam da həmçinin...

Son olaraq, izləyicilərimizə nə demək istərdiniz?

Sizi nə xoşbəxt edirsə, o işlə məşğul olun. Həyat çox qısadır.

Müsahibə üçün təşəkkür edirəm!

Siz sağ olun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5462   Tarix: 20 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042