Karantin dövründə ac qalan qarğalar insanlara hücum çəkir - VİDEO

Karantin dövründə ac qalan qarğalar insanlara hücum çəkir - VİDEO

Rusiyada qarğalar yoldan keçən insanlara hücum çəkməyə başlayıb.

BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, vətəndaşlar bunun səbəbini anlamasalar da, ekspertlər quşların ac qaldıqları üçün aqressivləşdiklərini bildirirlər.

Belə ki, pandemiyadan əvvəlki dövrdə restoran və kafelərin yaxınlğındakı tullantılarla qidalanan qarğalar indi "bir tikə çörəyi" insanların əlindəki "bulka"larda görürlər.

Belə bir vəziyyət sizin də başınıza gəlsə, əlinizdəki yeməyi onlarla bölüşməyiniz yaxşıdır, əks təqdirdə xəstəxanalıq da ola bilərsiniz.

Həkimlərin sözlərinə əsasən, qarğalar daha çox zibilliklərdə olduqları üçün insana müxtəlif mikroblar keçirə, yaxud irinli yaraların yaranmasına səbəb ola bilərlər.

Quşların ac olmasının digər səbəbi onların balalaması və balalarını yemləməsidir. Balalarını qoruyan quşlarla döyüşə çıxmaq isə təhlükəlidir. Qışqırıb səs-küy salmaq onlar üçün "hücum siqnalıdır". Başınıza kapüşon keçirmək, yaxud çətirlə qorunmaq daha məqsədəuyğundur.



Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 502 Tarix: 19.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər