"5 aydır toydan pul qazanmıram" - Sorğu

"5 aydır toydan pul qazanmıram" - SorğuKoronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna görə də, gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər üç aydır işsiz qalıb.

Axşam.az xəbər verir ki, "Qafqazinfo" mədəniyyət nümayəndələri arasında məsələ ilə bağlı sorğu keçirib. Onlardan vergi ödəyiciləri üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən, həmçinin maliyyə yardımından faydalanıb-faydalanmadıqları xəbər alınıb.

Xalq artisti Brilliant Dadaşova qeyd edib ki, toyların yoxluğu onun maliyyə vəziyyətinə böyük təsir göstərib:

"Əlbəttə ki, dünyanı sarsıdan bu bəla bizim ailəmizin büdcəsinə böyük zərbə vurdu. Studiya, TV və başqa xərclərim olduğuna baxmayaraq, yanvar ayından mənim heç bir gəlirim olmayıb. Nəzərə alsaq ki, bizim ailəmiz sadəcə üç nəfər: yoldaşım, oğlum və məndən ibarətdir. Lakin çoxsaylı ailə üzvlərimizin, yanımda çalışanların sosial tələbatlarını ödəmək bizim üçün çətinləşdi. Nə yaxşı ki, həyat yoldaşımın, oğlumun maaşları dövlət tərəfindən ödənilirdi. Mənim də "Xalq artisti" fəxri adına görə aldığım 150 AZN iki ildən çoxdur ki, toplanırdı. Onu da kartdan çıxarmağa başladım. Nəticədə yenə də çətin vaxtımızda dövlətimiz bizə arxa-dayaq oldu".

Müğənni Xatirə İslam toylarla bağlı vəziyyətin uzun müddətdir ürəkaçan olmadığını bildirib:

"Son 3 ay yox, bundan əvvəl də toylarla bağlı vəziyyət ürəkaçan olmayıb. Durğunluq dekabr ayından etibarən başladı. Bu dövrlərdə pulum demək olar ki, bazarlıqlara getdi. Uzun müddətdir vergi ödəyicisiyəm. Konpensasiya ilə zəng vurub maraqlandım, amma düşündüm ki, hamı çətin vəziyyətdədir. Mən də ora verdiyim pulu gedib yenidən alım?! Vallah utandım. O pulla cəmi iki bazarlıq edəcəkdim, bəs sonra?".

Müğənni Günay İbrahimli:

"Vergi ödəyicisiyəm və ödənişlərimi vaxtında edirəm. Karantindən öncə də vergini ödəmişəm. Amma koronavirusla əlaqədar ödənilən maliyyə yardımından yararlanmamışam.

Toy və konsertlərin olmaması ilə bağlı maliyyə vəziyyətimə gəldikdə isə gəlir yoxdur, amma xərclər dayanmır. Bizim qazancımız hər kəsə məlum olduğu kimi toy, xına məclisləri, ad günü və tədbirlərdəndir. Bu tədbirlər də hazırda yoxdur. Bu günümüzə şükür. İnanıram ki, bu vəziyyət tezliklə düzələcək".

Müğənni-bəstəkar Murad Arif:

"Xaraktercə hər zaman ehtiyyatlı davranmağı xoşlayıram. Bilirsiniz ki, sənət insanları ilin 6 ayı onsuz da işləmir, qazancsız yaşayır. Bu səbəbdən istər-istəməz müəyyən ehtiyatlarımızı yaratmalıyıq. Söhbət məndən gedirsə, mahnılar bəstələyirəm, bu tipli kommersiya sifarişlərim olur. Daha sonra aparıcılıq edirəm, layihəmin sponsoru var. Bu şəkildə gəlirim olur. Həyatımı tamamilə məclislərə bağlamamışam. Müəyyən mənada səhnə üçün darıxmışam. O baxımdan işsizəm.

Mütəmadi olaraq vergimi ödədiyim üçün nəzərdə tutulmuş məbləğ bizə də yönləndirildi. Miqdarını açıqlamayacam, yaradılan şərait üçün təşəkkür edirəm. Kifayət qədər yaxşı məbləğdir ki, sənətçi yaradıcılığına davam etsin. Yəni məbləği aldım, tamamilə razıyam".

Müğənni-xanəndə Gülay Zeynallı:

"Maliyyədə təbii ki, azalma var, çünki artım yoxdur. Sənətçilərin qazancı da toylardandır. Amma bir məsələ var ki, hər zaman çətin günləri fikirləşdiyim üçün kənara bir şeylər ayırmışdım. Dar günümü fikirləşən insanam. Bu səbəbdən çətinlik çəkmədim. Qadağa davam etdiyi halda bəlkə də, maliyyə problemləri ortaya çıxacaq. İki-üç aya həmin qaydalar aradan qaldırılmasa, maddi sıxıntılarım yaranacaq. Digər bir məsələ barədə danışım. Nə yardım, nə güzəştlər barədə maraqlanmamışam. Bundan daha ehtiyacı olan insanlar yararlansın".

Müğənni Nadir Qafarzadə:

"Biz də hamı kimi əziyyət çəkirik. Bir pulun üstünə pul gəlmədikdə, o pul tükənir. Biz bankir deyilik ki?! Mən ümumiyyətlə 5 aydır toydan pul qazana bilmirəm. Fevralda 1, martda 1 toy oxudum. Aprel, may ayları da boşdu. Düşünürəm ki, yayda da belə davam edəcək. Sonra Məhərrəmlik ayı olacaq. Hardasa toylar noyabr ayında olacaq. Demək olar ki, biz bir il işsiz qalacağıq. Pul tükənir, ehtiyata ayırdığımızdan xərclədik, hətta yardım da etdik. Öz qohum, doğmalarıma köməklik göstərdim.

2003-cü ildən vergi ödəyicisiyəm. Mənə də dövlət tərəfindən 690 manat ödənildi, təşəkkür edirəm. Təbii ki, o pulu ehtiyacı olanlara xərclədim. Bölüşməyi bacaran insanam. Mənə elə gəlir ki, bir azdan özümün də pula ehtiyacım olacaq. Çünki bir neçə ailəni dolandırıram".

Müğənni Nura Suri:

"Üç aydır toya, tədbirə getmirəm. Maliyyə vəziyyətimizə təsir edib. Amma bir məsələ var ki, xərclərimiz də azalıb. Evdən bayıra çıxmırıq. Ancaq işçilərin maaşını veririk və evə bazarlıq edirik. Salona getmirəm, heç yerə artıq pul xərcləmirəm. Bir neçə ailəyə də yardım etmişəm, etməkdə də davam edəcəm.

Vergi ödəyicisiyəm, lakin güzəştlər barədə müraciət etməmişəm. Bu barədə düşünürdüm, lakin fikirləşdim ki, gərək yoxdur. Bir çox məşhur koronavirusla mübarizəyə pul ayırdı. Düşündüm ki, müraciət etməsəm, bu da bir yardım sayıla bilər".

Müğənni Rəsul Əfəndiyev:

"Üç aydır ki, toya getmirik. İnanın, çox darıxmışıq. Maliyyə vəziyyətində də dəyişiklik var. Hamı bilir ki, müğənnilərin qazanc mənbəyi toylardır. Amma ümid edirik ki, hər şey qaydasına düşəcək. Hansısa güzəşt barədə müraciət etməmişəm, İnşallah buna ehtiyac da olmaz".

Müğənni Nigar Camal:

"Maliyyə vəziyyətimdə dəyişiklik yoxdur. Koronavirusla əlaqədar ödənilən yardımı isə həqiqətən pula ehtiyacı olan şəxslər almalıdır. Hansı ki, karantin onlara ciddi ziyan vurub. Allah hər kəsin köməyi olsun. Tezliklə bu pandemiyadan qurtulaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2213   Tarix: 19 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949