Həyatınızı dəyişəcək SUALLAR

Həyatınızı dəyişəcək SUALLARDaim müxtəlif cavablara sualların axtarışında olmaq bizdə vərdiş halına çevrilib, lakin həqiqət budur ki, bizə daha çox şey öyrədən verdiyimiz suallardır. Ən çətin suallar isə ritorik olanlardır. Bəzən cavabı yoxmuş kimi görünsə belə, onlar bizi daha dərinlərə apara bilir.

Kim olduğunu fikirləşirsən?

Bütün bunların mənası nədir?

Niyə? Niyə? Niyə?

Doğru zamanda doğru ünvanlanan sual həyat tərzinizi dəyişə, qarışıq zehninizi aydınlada və hirsli ürəyinizi sakitləşdirə bilər. Hər bir vəziyyət öz sualını doğursa da, düşünürəm ki, aşağıda qeyd edəcəyim 12 sual təkcə bir dəfə deyil, həyatınız boyu bir neçə dəfə və hətta gün ərzində dəfələrlə verilməyə layiqdir. Bu sualları indiyə qədər gəlmiş-keçmiş dahi filosoflar, ən iti düşüncəli mütəfəkkirlər, tanınmış liderlərdən toplamışam. İddia etmirəm ki, onlardan hansınınsa cavabını bilirəm, lakin onların sizi həyat mübarizəsinə səsləyəcək qədər dəyərli olduqlarını deyirəm. Əgər icazə versəniz. Əgər sizin üzərinizdə işləməsinə və sizi dəyişdirməsinə icazə versəniz.

Vaxtınızı kimlərlə keçirirsiniz? Höte deyirdi: "Mənə kiminlə vaxt keçirdiyini de, sənə kim olduğunu deyim". Ətrafımızda kimlərin olması və nələrlə məşğul olmağımız bizim gələcəyimizə digər faktorlardan daha çox təsir edir. Çünki nələrlə məşğul olursunuzsa, bu sizin ətrafınıza eyni maraqda olan insanları gətirir və əksinə, ətrafınızdakılar məşğuliyyətinizə təsir edir. Dostlarınız və iş yoldaşlarınız barədə düşünün: Onlar sizi ruhlandırır, dəyərləndirir yoxsa daha da aşağı çəkir?

Məsələn, həyatında heç bir dəyişiklik etmək istəməyən uşaqlarla vaxt keçirən uşaq çox güman ki, irəliyə addım atmayacaq. Bundan da pisi, faydasız işlərə məşğul olan, yaxud bərbad həyata dözən yetkin insanların əhatəsində olan biri oxşar seçimləri edəcək. Eyni davranışlar nə oxuduğunuz, nəyi izlədiyiniz və nə haqda düşündüyüz barədə də doğrudur. Həyatınız ətraf-mühitinizə bənzəyəcək (Ben Hardy bunu əks-etmə effekti adlandırır). Beləliklə, olduğunuz mühiti həssaslıqla seçməlisiniz.

Bu mənim nəzarətim altındadır? Qədim yunan filosofu Epiktetə görə filosofların əsas vəzifəsi odur ki, nəyin onların nəzarəti altında olduğunu və nəyin olmadığını ayırd edə bilsinlər – başqa sözlə, nəyin boyumuzu ötdüyünü, nəyinsə bizim səviyyəmizə qədər olduğunu anlasınlar. Biz vaxtımızın əhəmiyyətli bir hissəsini köhnə bilikləri yanlış etiketləyərək, arxamızda xeyli fürsətlər buraxırıq. Hərəkətlərimiz, fikirlərimiz, hislərimiz – bütün bunlara nəzarət öz əlimizdədir. Digər insanlar, hava şəraiti, xarici hadisələr isə yox. Tamamlanmış dairə isə belə yaranır: digər insanlara, havaya, hadisələrə verdiyimiz reaksiyalar bizim nəzarətimizdədir. Beləliklə, resurslarınızı sizə aidiyyəti olan yerlərə sərf edib, bunun fərqində olmaq sizi daha xoşbəxt, daha güclü və daha uğurlu edəcək.

İdeal bir gününüz necə keçir? Əgər ideal bir gününüzün necə keçdiyini təsəvvür edə bilmirsinizsə, verdiyiniz qərarları və planladığınız işləri yerinə yetirmək üçün müntəzəm işləyəcəyinizi necə müəyyən edə bilərsiniz? Həyatınızda ən çox məmnun qaldığınız və həzz aldığınız günün inventarını tutmaq çox vacibdir. Nələrlə məşğul oldunuz? Niyə o işlərlə məşğul olmağı sevirsiniz? İndi isə, əmin olun ki, işiniz, şəxsi həyatınız və hətta yaşadığınız yer standartlarınıza uyğundur. Əgər ofisdə işləmək istəmirsinizsə, bundan imtina edin. Mən öz şirkətimi uzaqdan idarə edirəm. Əgər komanda ilə çalışmağı sevirsinizsə və bu, özünüzü yaxşı hiss etmənizə səbəb olursa, onda güman ki, siz daha çox məsuliyyət götürmə və tələblər təyin etməyə meyillisiniz. Əgər maddi uğurdan daha çox kiməsə təsir etməkdən həzz alırsınızsa, bu istiqamətdə addımlar atdığınızdan əmin olun. Əgər sakit təbiətlisinizsə, bu cür qalmağınıza şərait yaradan həyat tərzinə ehtiyacınız var – daim sizi özünüz olmamağa məcbur edən bir həyata deyil. Əgər diqqət və əməkdaşlıq məsələlərində uğurlu olmaq istəyisinizsə, bunun üzərində işləyin. Əgər eyni bir yerdə uzun müddət yaşayacaqsınızsa, ev alın. Yaşamayacaqsınızsa, buna qətiyyən ehtiyac yoxdur…

Olmaq, yoxsa etmək? Ötən əsrin ən yaxşı strategiyalarından biri Con Boydun öz əməkdaşlarıma verdiyi sual idi: "Olmaq, yoxsa etmək? Siz hansı yolu izləmək istəyirsiniz?"

Bu o deməkdir ki, ya siz uğurun nəyə bənzədiyini təsvir edib ona vurulursunuz, heyranlıq bəsləyirsiniz, yaxud da daha yüksək məqsədlərə fokuslanıb, onları əldə etmək üçün çalışırsınız. Siz fanatlarınızın sayına, titullarınıza, məvacibinizin böyüklüyünə, yoxsa real, hiss edilən uğurlara fokuslanacaqsınız? C. Boyd qeyd edirdi ki, bu rolların müəyyən edilməsi prosesidir – suala verilən cavabdan asılı olaraq, insanlar həqiqi icraçılar və bəhanə edənlər (riyakarlar) qrupuna ayrılır. Bəs siz kim olacaqsınız? Sizdə hansı xüsusiyyətlər var?

Əgər özüm üçün çalışmasam, onda bunu kim edəcək? Əgər yalnız özüm üçün çalışsam, mən kiməm?Alternativ kimi "Əgər mən yalnız və yalnız özüm üçün çalışıramsa, mən nəyəm?" Cavab "Ən pis adam"-dır. Bu sual Hillel Elderdən gəlir. Eyni zamanda bu fikirlərə Reid Hoffmannın məşhur sitatlarında da rast gələ bilərsiniz. Bu sizi yaddaşlarda pis qalan bir insan etmir. Bunu etmək daim zirvədə olma istəyinizdir. Özününzü və ailənizi təmin etmək istəyi. Amma istəyiniz sadəcə bunlarla yekunlarşırsa, əsl problem məhz budur.

Həyatınızda bir balans olmalıdır. Məsələn, general Corc Marşall kimi bir adam düşünün; Marşal planı üçün Nobel Sülh mükafatı qazanan biri və onunla eyni vəziyyətdə olan və hər kəsdə olan xüsusiyyətlərə – eqo, fərdi maraqlar, qürur, heysiyyət, ambisiya – sahib, amma o, "insansevərlik və təvazökarlıq" nümayiş etdirir.

D-Day (6 iyun 1944-cü ildə Fransa sahilinə edilən hücum günü istifadə jarqon) zamanı orduya əmr edərkən Prezident Ruzveltə belə deyir: " Qərar sizindir, cənab Prezident; mənim istəklərimin önəmli bir rolu yoxdur". Nəticədə Eyzenhauer hücumu dəf etdi və mükəmməl bir performans sərgilədi. Marşalın tarixi dəyişmək fürsəti isə yalnız sülh mükafatı qazandıqdan və Dövlət katibi kimi Avropanı xilas etdikdən sonra oldu.

Narahat olmağı, yaxud qorxmağı seçərək nələri itirirəm? Gavin de Bekerin "Qorxunun hədiyyəsi" kitabında yazdığı kimi, narahatlıq keçirdiyiniz zaman özünüzdən soruşun: "Bu dəqiqə nələri görməzdən gəlməyi seçirəm?"

Gözləntilər, fərqində olmaq və müdriklikdən dolayı narahatlıq keçirməyi seçərək, hansı önəmli şeyləri qaçırıram? Digər bir alternativ: məyus olmaq daha çox seçimlər etməyimizi təmin edirmi?

Həyatda qarşımıza çıxan maneələr bizi emosional edir, amma bu vəziyyətdən qurtarmağın, yaxud onların öhdəsindən gəlməyin yeganə yolu emosional balansı nəzarət altında saxlamaqdır – əgər nə olmasından asılı olmayaraq stabilliyimizi qoruya bilsək, xarici proseslərin tezliyindən asılı olmayaraq olar bizə təsirsiz ötüşəcək.

Yunanların belə bir sözü var: "apatheia". Bu qeyri-məntiqi və şiddətli duyğuların yoxluğundan əmələ gələn dinclik təmkinidir (soyuqqanlılıq). Və əgər nə vaxtsa özünüzü belə emosiyalara qapılmış hiss etsəniz, özünüzü geri çəkib, bu duyğuların sizə nəyin bahasına başa gələcəyini düşünün: Əsəbi, qorxmuş və narahat olduqda siz nəsə gözəl bir şeyləri görmə, hiss etmə, yaşama fürsətinizi itirirsiniz. Düşünün ki, topu atarkən gözünüzü ondan çəkirsiniz. Baxmadan lazımi yerə ata bilərsiniz? Güman ki, yox.

Özümə aid olan işi görürəmmi? Bill Belichick, Nick Saban, Sean Payton, Jason Garrett-dən bizə qalan 3 söz: Öz işini gör. Məşhur basketbol məşqçisi John Wooden geyinmə otağında oyunçularına dediyi son şey bu olardı: "Bu qədər, mən öz işimi gördüm."

Beləliklə sual belədir: Sən öz işini görürsənmi? Ümumiyyətlə öz işinin nədən ibarət olduğunu bilirsənmi? Hər birimizin həddən artıq məşğul olmağımızı – yorucu dərəcədə məşğul olmağımızı xatırlatmaq yerinə düşər, amma hələ də sadəcə öz işimizlə məşğul olmuruq. Bizə aiddiyyati olmayan şeyləri edə, kiminsə işinə qarışa, hətta sadəcə bəzi şeyləri ertələyə bilərik. Bütün bunlar bizim daim məşğul (işlək) olmağımıza gətirib çıxarır, amma təəssüf ki əslində bizə aid olmayan şeylərlə.

Həyatınızda ən önəmli şey nədir? Əgər həyatınızda sizin üçün nəyin əhəmiyyətli olduğunu bilmirsinizsə, onu ilk sıraya necə qoyacaqsınız? Necə biləcəksiniz ki, ona çatmaq üçün doğru addımlar atırsınız. Ola bilər ki, həyatda ən önəmli şey sizin ailənizdir. Möhtəşəm! Deməli, bu sizin prioritetinizdir. Bu o deməkdir ki, siz etdiyiniz işi ailə ilə əlaqəli dəyərlərlə qiymətləndirməklə yanaşı, fərqli prioritetləri olan insanlarla müqayisə etməyi dayandırmalısınız.

Ola bilər ki, pul sizin üçün ən önəmli şeydir. Bu? kifayət qədər yaxşı bir şeydir. Bilin və sahiblənin ona, Mişel Levisin yazdığı kimi, problem odur ki, insanın özünü aldatmasıdır. Sadəcə nə olmasından asılı olmayaraq, prioritetinizi ayırd etməli və ona sahib çıxmalısınız. Ancaq bundan sonra mənasız rəqabətə, digərləri ilə müqayisəyə yox deyə bilərsiniz. Ancaq bundan sonra "uğurlu" insanları asanlıqla görməzdən gələ bilərsiniz, çünki bəziləri sadəcə görüntüdə belədir. Ancaq bundan sonra özünüzdə təmkinli güvən formalaşdıra bilərsiniz.

Qədim yunan filosofu Seneka bunu euthymia adlandırırdı – "Doğru yolda olduğunuza və qarşınıza çıxan, lakin düzgün davranışlar göstərməyən insanların təsirinə məruz qalmayacağınızdan əminlik."

Bütün bunlar kimin üçündür? Əgər hansısa xidməti göstərmək, yaxud nələrisə satmaq istəsəniz, bu sualı özünüzə verərək, doğru insanlara xitab etməyə müvəffəq olun. İnanılması çətin bir faktdır ki, nə qədər təşəbbüskarlar, yazıçılar, satış təmsilçiləri və hətta siyasətçilər özlərini dayandırıb, "auditoriyam kimlərdir?" sualını verməkdən çəkinirlər. Nəticədə isə verdiyiniz mesajlar hədəf kütlənizə çatmır və izləyiciləriniz yalnış insanlar olur.

Buna görə, özümüzü dayandırmalı və xitab edəcəyimiz kütlənin kimlərdən ibarət olması barədə suallara cavab tapmalıyıq.

Bu insanlar nə istəyir? Onların nəyə ehtiyacı var? Mən onlara hansı dəyərləri təklif edirəm?

Sadəcə uğurlu olmağa cəhd etməyin. Sadəcə mənfəətinizi güdməyin. Doğru olanı edin. Suallar verin və əmin olun ki, cavablar tamamilə aydındır.

Həqiqətənmi etdiklərinizin fərqindəsiniz? Müdrik insanların ölüm gerçəkliyini özlərindən çox da uzaq tutmamasının səbəbi odur ki, bu onlara aşağıdakı sualları daim xatırlamağa kömək edir: Mənə verilmiş məhdud yaşama vaxtımı hazırda düşündüyüm, narahatlığını keçirdiyim, uğrunda mübarizə apardığım, içimə atdığım şeylərə sərf etməyə dəyərmi?

Təəssüf ki, cavab adətən "yox" olur. Biz bu sualları özümüzə gözəl günlərin ardınca gələn pis günlər, sərf etdiyimiz zamanın boşuna olduğunu görməzdən əvvəl verməliyik.

Təsəvvür edin ki, "Bu andaca həyatla vidalaşırsan" – deyə Mark Avrelian özünə xatırladır, "nələr etdiyini, dediyini və fikirləşdiyini aydınlaşdırmaq üçün özünə fürsət ver".

Bütün bunları göz önünə alaraq, həqiqətən qırdığımız qəlblərə, mənasız münaqişələrə dəyərmi?

Canlı həyat yaşayırsınız, yoxsa ölü? Karyeramın erkən dövrlərində yazıçı Robert Grini ilə aramda həyatımı dəyişən bir söhbət baş tutdu. Tam iş günü şəraitində, həqiqətən çox yaxşı bir işdə çalışırdım, lakin bir az pul yığıb, atacağım növbəti addımların nə olacağı barədə düşünürdüm. Bir gün ona bir kitab yazmaq istədiyimi, amma bunun nə, necə və nə vaxt olacağını, hətta nədən bəhs edəcəyindən belə əmin olmadığımı dedim. Mənə dedi ki, Reyn, iki növ zaman var: ölü zaman – hansı ki, biz sadəcə gözləməklə keçiririk və canlı (aktiv) zaman – hansı ki, biz öyrənirik, aktiv oluruq və bundan tramplin olaraq istifadə edirik. Və sonra o məni nəyi seçəcəyimə qərar vermək üçün orada tək qoydu.

Canlı, yoxsa ölü vaxt? Beləliklə, növbəti dəfə əliniz əlinizin üstündə boş-boşuna oturub gözləyəndə bu sualı özünüzə verməyə cəhd edin. İcazə verin alacağınız zərbə sizi yenidən yolunuza qaytarsın. Dəftər və qələminizi hazırlayın, iş başına keçin. Çərənçi siyasətçilərin, yaxud xəyalpərəstlərin sizi yolunuzdan çıxarmasına izin verməyin. Hər anınızı özünüzü növbəti addımı atmağa hazırlaşmaq üçün sərf edin. Əgər məhsuldar olmaq istəyirsinizsə, daim hərəkətdə olun.

Bu, həqiqətən olmaq istədiyimdirmi? Beynimizin bizim kim olduğumuz və nələrlə məşğul olduğumuzdan ayıra bilən qeyri-adi bir qabiliyyətinin olması tamamilə cəfəngiyyatdır. Davamlı xoşagəlməz hərəkətlər edirsinizsə, siz yaxşı insan ola bilməzsiniz. Tez-tez işə mənasız fasilələr verirsinizsə, o zaman çalışqan biri sayılmazsınız. Kimisə sevdiyinizi desəniz belə, əgər bunu nümayiş etdirməsəniz, sözlərinizin heç bir mənası qalmaz.

Çarl Streyd deyirdi: "Əgər siz təxminən 20 yaşlarındasınızsa, deməli şəxsiyyətinizin formalaşması prosesindəsiniz, vaxtınızı nələrə sərf etdiyinizə diqqət edin".

Həqiqətən də, nələrlə məşğul olursunuzsa, siz məhz O-sunuz. Beləcə, nəsə etmək istəyəndə özünüzə sual verin: Bu, olmaq istədiyim şəxsiyyət kimi formalaşmağıma necə təsir edəcək? Özümü bunda görürəmmi? Bir şeyi hansı tərzdə ediriksə, deməli hər şeyi o cür edirik. Bu, olduğumuz "bizi" əks etdirir. Ona görə, bu sualı hər hərəkətinizdə, hər düşüncənizdə, hər dediyiniz söz zamanı özünüzə verin.

Bütün deyilənləri xülasə etsək, sonuncu məsləhət olaraq bunu deyə bilərik. Dahi psixoterpist Viktor Frankl da bu vaxta qədər hər bir müdrik insanı narahat edən sual haqqında düşünürdü:

Həyatın mənası nədir?

Daha sonra o cavabın çox sadə olduğunun fərqinə vardı, bu, tamamilə sualın necə ünvanlandığına bağlı idi. "Dünya bizdən bu sualı hansı sözlərlə cavablandıracağımızı gözləmir. Bunun əvəzinə, sualı davranışlarımız və verdiyimiz qərarlarla cavablandırmalıyıq." – deyə qeyd edirdi.

Beləliklə, mənanı biz özümüz yaradırıq: seçimlərimiz və inanclarımızla. Düşünürəm ki, yuxarıdakı sualları daim özümüzə ünvanlamaqla, əlimizdən gələnin ən yaxşısını etməyə qadir ola bilərik. Suallardan bəziləri çox sadə ola bilər, cavablar isə nadir hallarda – sualı necə ünvanlamaq isə, burada ən önəmli nüansdır.(coaching.az)

Müəllif: Ryan Holiday | Yazıçı və jurnalist


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1821   Tarix: 18 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197