Uşaqlarda koronavirusun ƏLAMƏTLƏRİ

Uşaqlarda koronavirusun ƏLAMƏTLƏRİ

"Rospotrebnadzor"un Mərkəzi Elmi Tədqiqat Epidemiologiya İnstitutunun kliniki araşdırmalar şöbəsinin müdiri Tatyana Rujentsova uşaqlarda ən çox görünən koronavirus əlamətlərini sadalayıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə TASS yazır.

Rujentsovanın sözlərinə əsasən, uşaqlar böyüklərə nisbətən daha tez-tez koronavirusa yoluxurlar, lakin onlarda xəstəlik adətən simptomsuz keçir.

Uşaqların əksəriyyəti bu xəstəliyi çox yüksək olmayan qızdırma və boğazda qıcıqlanma ilə yüngül formada keçirir.

"İshal koronavirus əlamətlərindən biridir. Bütün xəstələrdə olmur, lakin xəstə uşaqlar arasında tez-tez müşahidə olunur", - deyə mütəxəssis qeyd edib.

Buna baxmayaraq, uşaqda xəstəliyin ağır formada keçmə ehtimalını tamamilə istisna etmək olmaz, xüsusən də immun çatışmazlığı, onkoloji, endokrin və ya digər ciddi xroniki patologiyalar olduqda.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1392 Tarix: 16.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər