İdman klublarının açılması üçün "GÜCLÜ" ETİRAZ: Küçədə idman etdilər - VİDEO

İdman klublarının açılması üçün "GÜCLÜ" ETİRAZ: Küçədə idman etdilər - VİDEO

ABŞ-ın Florida ştatının sakinləri fəaliyyəti koronavirus pandemiyası səbəbiylə dayandırılmış fitness klublarının yenidən açılması üçün "ən güclü" etiraz aksiyası keçiriblər.

BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, aksiya Pinellas mahalının məhkəmə binasının önündə keçirilib.

"Twittter"də yayılan görüntülərdə onlarla insan küçədə idman hərəkətləri edir. Bəzilərinin əlində bayraq və plakatlar var.

"BuzzFeed"in verdiyi məlumata əsasən, etiraz aksiyasının təşkilatçıları bu addımla hökumətə xatırlatmaq istəyiblər ki, pandemiya səbəbi ilə fitness sahəsində çalışan insanlar işsiz qalıb və ailələrini dolandıra bilmirlər.



Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 517 Tarix: 12.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər